Atakişiyev Müşfiq Cəmil oğlu (22 aprel 1966, Ağaməmmədli, İmişli rayonu) — iqtisad elmləri doktoru, professor. 2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir.[1]
Müşfiq Atakişiyev | |
---|---|
Müşfiq Cəmil oğlu Atakişiyev | |
Doğum tarixi | 22 aprel 1966 (58 yaş) |
Doğum yeri | |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları | Akademik Yusif Məmmədəliyev adına medal - "Bilik" Maarifçilik,Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən Elm, maarifçilik, mədəniyyət və informasiya sahəsində xidmətlərə görə verilən medal |
Müşfiq Atakişiyev 1966-cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə stajyor kimi saxlanılmışdır. Elmi fəaliyyətini davam etdirərək 1996-cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür. 2008–2010 illərdə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olmuşdur. AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən dissertasiya şurasının sədr müavinidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 aprel 2023-cü il tarixli 3–50/3-1-1-53/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində -ED 1.10 nömrəli doktorluq dissertasiya şurasının sədri təyin olunmuşdur.
2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Azərbaycan, rus, ingilis dillərini mükəmməl bilən alim 90-a yaxın elmi metodik əsərlərin, 15 monoqrafiyanın müəllifidir. Həmçinin onun elmi rəhbərliyi altında 2 nəfər doktorluq, 16 nəfər isə namizədlik dissertasiyası müdafiə etmişdir.
2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvüdür. 2000–2014 illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment" kafedrasının müdiri vəzifəsində işləmişdir . "Təfəkkür" universitetinin rektoru vəzifəsində çalışmışdır. 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutu baş elmi işçisi vəzifəsində işləmiş, hal-hazırda isə AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü və AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir.
Təhsil sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanları ilə təltif olunub. 2006-cı ildə isə Yeni Təhsil Sisteminin təkmilləşdirilməsində xidmətlərinə görə "Demokratik Azərbaycanlılar" İctimai Mərkəzinin Təşkilat Komitəsi tərəfindən "Qızıl Buta" Müstəqil Milli Mükafatına layiq görülmüşdür.
2010-cu ildə Elm, maarifçilik, mədəniyyət və informasiya sahəsində xidmətlərinə görə "Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən Akademik Yusif Məmmədəliyev adına medalla təltif olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi "Fəxri Fərmanı"
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası "Fəxri Fərmanı"
"Demokratik Azərbaycanlılar" İctimai Mərkəzi tərəfindən "Qızıl Buta" Müstəqil Milli Mükafatı
"Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən Akademik Yusif Məmmədəliyev adına medal
İqtisadiyyatın müxtəlif aktual məsələlərinə həsr olunmuş 60-a qədər elmi məqalənin müəllifidir.
2 nəfər iqtisad elmləri doktoru, 16 nəfər iqtisad üzrə fəlsəfə doktoru