Müşfiq Mustafa oğlu Mirzəyev (3 yanvar 1970, Cermuk – 16 fevral 1993) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş şəhid (9 oktyabr 1994)[1]
Müşfiq Mirzəyev | |
---|---|
Müşfiq Mustafa oğlu Mirzəyev | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Yeraz Mişa |
Doğum tarixi | 3 yanvar 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 16 fevral 1993 (23 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1988-1993 |
Rütbəsi | Çavuş |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Müşfiq Mirzəyev 1970-ci də ildə Ermənistanin Cermuk şəhərində anadan olub, orada orta mektebi bitirmisdir. 1988-ci ildən Mingəçevirdə yaşayırdılar. 1988-1990-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətini Monqolustanda yerinə yetirmişdir.
1992-ci dildə mart ayından Qarabağ muharibəsində dəfələrlə iştiraketmişdir. Qarabağda "Yeraz Mişa" kimi ad alib san qazanmiş, ermənilərin ürəyinə türk xofu salan Müşfiq Mirzəyev haqqında çox deyilib çox yazılıb. O da deyilib ki, Müşfiqin adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü.Hetta onun başına küllü miqdarda pul da qoyulmuşdu.Çavuş bölmə komandiri idi.
1993-cü ilin fevralında "Səda"nın müxbiri Vaquazaya getmisdiler.Xankəndinə lap azca qalırdı. "M-2" burada döyüşürdü. Müşfiq batalyonun ürəyi idi. O,gülləden, düşməndən qorxmurdu. Erməni dilini mükəmməl bilirdi ve buna gore də dəfələrlə "dil" gətirmişdi. Qamətinə, yerişinə,duruşuna göz istəyirdiki baxsin. Döyüşə atilanda şirə dönürdü,hamidan öndə gedirdi. 1993-cü ildə fevralın 5-də rota muhasirəyə düşdü, beş gün qeyri-bərabər döyüş gedirdi və ordan sağ-salamat cıxırlar. Fevralın 13-də Müşfiq agır yaralanır, üc gün sonra gözlərini əbədi həyata yumur. Müşfiqin Çardaqlı, Mehmanə, Çıldıran, Arqomer,Koçakort, Vaquas, Vəng döyüşlərindən eşidilib,ayaq izləri keçilməz sıldırımların sinəsində qaranlıq dərələrin dibinde həkk olunub.
Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Yaşadığı Mingeçevir şəhərinin keçmiş Puşkin kuçəsində yerleşən parka məhz bu qəhrəmanın adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 9 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuşdur.