Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı – 5 aprel 2016, Talış, Tərtər rayonu) — Aprel döyüşləri şəhidi.
Müşviq Orucov | |
---|---|
Müşviq Arif oğlu Orucov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Talış, Tərtər rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri |
|
Atası | Arif Orucov |
Anası | Aygün Məmmədli |
Fəaliyyəti | hərbi qulluqçu |
Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub.[1] O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub.[1] Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib.[1] O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış.[1]
Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb.[1] O, Naftalan şəhərində hərbi xidmətdə olub.[1] Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb.[1]
Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.[2] Tabuta sarılan döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.[2]
Müşfiq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.[1]