Hövsan – Bakı şəhərinin Suraxanı rayonunda şəhər tipli qəsəbə. Xəzər dənizi sahilindədir. Yerli əhalinin məlumatına görə, keçmışdə kəndin ərazisində iki hovuz olduğuna görə Hovuzan adlandırılmışdır. Mənbələrə görə, oykonim hovuz sözü və məkan bildirən -an şəkilçisindən ibarət olub, "hovuzlar" və ya "hovuz yeri" mənasındadır. Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı ərəb dilindəki hisn (qala, istehkam) sözündəndir. Əslində, kənd dəniz sahilində, hövzədə yerləşdiyi üçün belə adlandırılmışdır.[1]
Hövsan | |
---|---|
40°22′31″ şm. e. 50°05′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Suraxanı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hövsan qəsəbəsi Abşeron yarımadasının cənubunda, dəniz sahilində yerləşir. Hövsan kəndi Bakı şəhərinin qədim yaşayış məskənlərindən biridir və 1793-cü ildə yaradılıb. 2 avqust 1966[2]-cı ildə o qəsəbə statusu alaraq, Bakı şəhərinin inzibati ərazisinə daxil edilmişdir.
Qışı çox da sərt olmayan mülayim təbiətə malikdir. Mövsümə görə güclü Xəzri küləkləri əsir. Yaz və yay mövsümlərində dəniz kənarında mülayim və sərin havaları keçir. Yayı əsasən küləkli və sərin keçir.
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Hövsan kəndində 169 evdə 407 nəfəri kişilər, 348 nəfəri qadınlar olmaqla 735 nəfər şiə Azərbaycan türk yaşayırdı.[3] Yaşlı Hövsan kəndliləri şahsevən olduqlarını bildirirlər.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Hövsan qəsəbəsinin 38.9 min nəfər əhalisi vardır. Son zamanlar Hövsan qəsəbəsinə rayonlardan və digər bölgələrdən gələnlərin (köçənlərin və kirayə yaşayanların) sayı da artıb.[4]
1 Yanvar 2013-ci iltarixinə olan qeyri rəsmi məlumata əsasən Hövsan qəsəbəsinin 85.3 min nəfər əhalisi vardır.
Bilavasitə kənd əhalisi maldarlıqla, qərənfil əkini və əkinçiliklə məşğul olur. Kənddə məşhur "Hövsan soğanı" yetişdirilir. Yeni yaranmış qəsəbə əhalisinin böyük bir hissəsi Bakının müxtəlif müəsisələrində çalışır. Son dövrlərdə qəsəbə ətrafında xidmət sahələri sürətlə inkişaf etməyə başlamışdır. 2007-ci il aprelin 4-də Hövsan qəsəbəsində Azərbaycan-Qazaxıstan müştərək müəssisəsi tərəfindən tikilən "Bakı Taxıl Terminalı" istifadəyə verilmişdir. İlk vaxtlarda liman terminalının gücünün ildə 500 min ton, daha sonra isə ildə 800 min ton olması planlaşdırılmışdır. Terminal taxılın Qazaxıstandan Azərbaycana gətirilməsi, saxlanılması və buradan digər ölkələrə və Qara dəniz regionuna nəqli üçün nəzərdə tutulmuşdur. Layihənin ikinci mərhələsində sutkada 150 min ton un istehsalı gücündə dəyirmanın və çörək-bulka kombinatının tikintisi nəzərdə tutulur.
Hövsan qəsəbəsində Hövsan Aerasiya Stansiyası yerləşir. Çirkab suları bu stansiyada təmizləndikdən sonra Xəzər dənizinə axıdılır.
"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC (əvvəlki adı Bakı Dəniz Balıq Limanı ASC) 1956-cı ildə istismara verilib, limanın yük terminalının yükgötürmə qabiliyyəti ildə 8.6 milyon tondur. 14 hektara yaxın sahədə yerləşən bu limanda 9 körpünün olduğu vurğulanır. Limanın idarəçiliyini «Baku Steel Company» MMC həyata keçirir.[5]
Qəsəbədə 6 ümumtəhsil orta məktəbi (76, 118, 196, 270, 280 və 281 saylı) və 76 saylı orta məktəbin korpusunda Laçın rayonu 16 saylı orta məktəbi fəaliyyət göstərir. Məktəbdə rus və Azərbaycan bölmələri vardır. Həmçinin 7 uşaq bağçası (126, 163, 203, 263, 270, 273, 311 saylı), Mirzəağa Əliyev adına Mədəniyyət Evi və Hövsan Mədəniyyət Sarayı, 23 saylı şəhər poliklinikası, 16 saylı uşaq poliklinikası, 37 saylı musiqi məktəbi, 89 saylı poçt məntəqəsi və onun filialı, 47 və 57 saylı ATS-lər, 35 saylı Dövlət Notariat Kontoru, Beynəlxalq Bankın iki , Kapital Bankın isə bir ödəmə məntəqələri, iki qaz istismar məntəqəsi, RMKTB-nin 103 və 104 saylı MKİS-i, 1 saylı TTT və Sosial Xidmətlər İdarəsinin 2 saylı MİS-i fəaliyyət göstərir. Sabis Sun Beynəlxalq[6] Məktəbi uşaq bağçasından 12-ci sinfə qədər şagirdləri qəbul edir. Məktəb Heydər Əliyev Hava Limanı yaxınlığındakı premium qolf və yaşayış kompleksi olan Dreamland ərazisində 6,7 hektar ərazidə yerləşir.
Qəsəbədə 2 məscid, 1 mədrəsə, 1 Qərib ağa ziyarətgahı vardır.
Əhalinin istirahəti və asudə vaxtının mənalı keçirilməsi üçün qəsəbə ərazisində 2 istirahət parkı, 1 idman kompleksi və 1 kütləvi kitabxana fəaliyyət göstərir. Qəsəbə ərazisində bir sıra sənaye müəssisəsi və digər təsərrüfat, xidmət və idarəetmə idarələri də yerləşir. Qəsəbədə 2009-cu ilin 15 oktyabrında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 2 ədəd 36 mənzilli yeni yaşayış binası tikilib istifadəyə verilmişdir. Eyni tarixdə Hövsan Olimpiya İdman Kompleksi də istifadəyə verilmişdir.
Hövsan qəsəbəsi ərazisində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası fəaliyyət göstərir.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |