Belqrad Müasir İncəsənət Muzeyi (serb. Музеј савремене уметности) — XX əsrin əvvəllərindən Yuqoslaviya və Serbiya təsviri incəsənətinə, heykəltaraşlığına və qrafikaya aid sənət əsərlərinin toplandığı və nümayiş etdirildiyi muzey. Sava çayının Dunay çayına töküldüyü yerdə yerləşir. Muzeyin binası kristal formasındadır.
Belqrad Müasir İncəsənət Muzeyi | |
---|---|
serb. Музеј савремене уметности | |
Əsası qoyulub | 1958 |
Açılış tarixi | 1958 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Serbiya, Belqrad şəhəri |
Kolleksiyası | 35 000-ə yaxın |
Direktor | Yovan Despotoviç |
Muzeyə yetişmək | „Botićevu ulicu“ No: 8 |
Telefon | +381 (0)11 3676-288, 3676-291, 3676-289, 3676-294, 3676-293, 2667-735, 2663-941 |
44°49′10″ şm. e. 20°26′32″ ş. u. | |
msub.org.rs | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 1958-ci ildə təşkil olunmuşdur. Muzeyin layihəsi arxitektorlar İvan Antiç və ivanka Raspopoviç tərəfindən işlənilmiş və 1960-cı ildə həyata keçirilmişdir. Muzeyin daxili quruluşu ilə bağlı təşkilatı məsələlərin müzakirəsi və yekun qərarın qəbul edilməsi 1965-ci ilədək davam etmişdir. Elə həmin il müvəqqəti qalereya şurası muzeyin Müasir İncəsənət Muzeyi adlandırılması barədə qərar qəbul edildi [1]. Muzeydə Qərb incəsənətini təmsil edən sənət nümunələri (Məsələn, Endi Uorxolun, Joan Mironun rəsm əsərləri) də nümayiş etdirilir. Hazırda muzeydə 35 minə yaxın eksponat saxlanılır.
Müasir İncəsənət Muzeyinin eksponatlarının nümayiş edildiyi salon tamaşaçılar üçün 1961-ci ildə açılmışdır.