Əskişəhər Müasir Şüşə Sənəti Muzeyi — şüşə sənətkarlarının əsərlərini nümayiş etdirmək üçün Əskişəhər Odunbazarı Evləri Şəhər Muzeyi kompleksində 1 dekabr 2007-ci il tarixində xidmətə verilmiş bir muzeydir. Atatürk prospektində yerləşir[1].
Müasir Şüşə Sənəti Muzeyi | |
---|---|
Əsası qoyulub | 1 dekabr 2007 |
Mövzu | Sənət muzeyi |
Ölkə | |
Yerləşir | Əskişəhər, Türkiyə |
39°46′10″ şm. e. 30°31′31″ ş. u. | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey Türkiyənin ilk şüşə sənətləri müzeyidir[2]. Muzeyin xaricdən görünüşü möhtəşəm bir Osmanlı evini xatırladır. İçəri girdikdə sərgi salonlarında və dəhlizlərdə bir- birindən gözəl nadir şüşə əsərlər nümayiş etdirilir. Böyükşəhər Bələdiyyəsi, Anadolu Universiteti və Şüşə Dostları Qrupunun əməkdaşlığı ilə yaradılıb. Muzeydə 42 şüşə ustasının əsərləri nümayiş etdirilir. Yerli sənətkarların əsərlərilə yanaşı, Yaponiya, Polşa, Latviya, Almaniya və digər ölkələrdən olan bəzi sənətkarların da hədiyyə etdikləri əsərlər muzeydə nümayiş etdirilir. Muzeyin 3 qalereyasından ikisi muzeyin davamlı kolleksiyanı nümayiş etdirmək üçün istifadə edilir. Digəri isə gənc sənətkarların əsərlərinin müvəqqəti olaraq nümayiş olunduğu bir məkandır. Muzey binasında bir də Kitabxana da açılması planlaşdırılır. Bu mərkəzdə Əskişəhər tarixinə aid sənədlərin toplanması planlaşdırılır[3].
Muzey binası bərpa edilmiş üç Odunpazarı evinin birləşdirilməsi ilə yaradılmışdır. Gözəl Sənətlər Fakültəsi bölməsində müxtəlif vaxtlarda toplanan 75 türk, 12 əcnəbi sənətkarın əsərləri muzey kolleksiyasında yerləşir və nümayiş etdirilir.