Mübariz İbrahimovun ev-muzeyi

Mübariz İbrahimovun ev muzeyi — Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı[1] Mübariz İbrahimovun doğulub, yaşadığı evin həyətində inşa olunan ev-muzey. Muzey Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ata evində inşa edilmişdir.[2]

Mübariz İbrahimovun ev muzeyi (Biləsuvar)
Əsası qoyulub 2019
Mövzu Azərbaycanın Milli Qəhrəmanı
Yerləşir Azərbaycan, Biləsuvar rayonu
Muzeyə yetişmək Əliabad, Biləsuvar rayonu

Muzeyin inşası 2019-cu ilin mart ayında başlamışdır.[3] Muzeyin açılışı 2021-ci ilin iyulunda baş tutmuşdur.[4]

Muzey 1 mərtəbədən ibarət olan sərgi zalından ibarətdir. Muzey istifadəyə verildikdən sonra, burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyatını əks etdirən eksponatlar yer alır.[4]

  1. [1]Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov
  2. [2] Arxivləşdirilib 2019-11-04 at the Wayback MachineBiləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi açılır.
  3. [3] Arxivləşdirilib 2019-11-04 at the Wayback MachineMilli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir
  4. 1 2 "Mübariz İbrahimovun ev muzeyi açılıb". Report.az (az.). 8 iyul 2021. 22 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2023.