Mübariz İsmayılov

İsmayilov Mübariz Məcid oğlu – şəhid, "Fəxri dəmiryolçu" nişanı ilə təltif edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

İsmayilov Mübariz Məcid oğlu 1962-ci il yanvar ayının 10-da Ermənistan SSR-nin Vedi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Ailələri Gəncə şəhərinə köçmüşdür.

Mübariz İsmayılov Gəncə lokomotiv deposunda maşinist vəzifəsində işləmişdir. Azərbaycanın Milli Ordu sıralarında olmuşdur. 1994-cü il yanvar ayının 3-də Ağdərə rayon istiqamətində gedən döyüşlərdə şəhid olub.

Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir.

Evli idi. İki uşağı yadigar qalıb.

Ölümündən sonra "Fəxri dəmiryolçu" nişanı ilə təltif edilmişdir. Ailəsi Gəncə şəhəri Z.Hacıyev küçəsində 20/30 N-li evin 7-ci mənzilində yaşayır.

Mənbə[redaktə | mənbəni redaktə et]

İsmayilov Mübariz Məcid oğlu Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine