Mübariz Əliyev (musiqişünas)

Mübariz Firidun oğlu Əliyev (10 mart 1967, Miskinli, Gədəbəy rayonu) — Azərbaycan Milli Konservatoriyasının dosenti.

Mübariz Əliyev
Doğum tarixi 10 mart 1967(1967-03-10) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
İş yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

10 mart 1967-ci il Gədəbəy rayonunun Rüstəm Əliyev (Miskinli) kəndində anadan olmuşdur.

Azərbaycan Milli Konservatoriyasının dosentidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. "Xalq Çalğı Alətləri" kafedrasının müəllimidir.[1]

2007-ci ildə nəşr edilmiş "Saz məktəbi" dərsliyinin həmmüəllifidir (S.Kərimi, A. Quliyev, M. Əliyev ilə yanaşı).

Azərbaycan Mədəniyyyət və Turizm Nazirliyi musiqi təhsili üzrə tədris-metodik kabinetinin qərarı əsasında çap olunmuş bu kitab orta ixtisas musiqi və incəsənət məktəblərinin saz aləti üçün dərslik vəsaiti kimi nəzərdə tutulmuşdur.

Bu kitab xalq artisti, Millİ Konservatoriyanın rektoru Siyavuş Kərimi, Konservatoriyanın alimləri: Azərbaycan aşıq musiqisinin araşdırıcılarından olan musiqişünas alim Akif Quluyev və aşıq sənətinin bilicisi Mübariz Əliyevin birgə əməyinin məhsuludur.[2]

Qədim aşıq sənətinin qorunub saxlanılması ilə yanaşı, müasir zamanda və gələcəkdə də inkişaf etdirilməsi üçün əvəzsiz töhfə olan bu kitab 1000 nüsxə tirajla çap olunmuşdur.[3]

Konservatoriyanın rektoru S. Kərimi Azərbaycan musiqi pedaqogikası təcrübəsində ilk dəfə olaraq professional səviyyədə çap olunan kitabın davamlı olaraq, texnikum, institut və Konservatoriya üçün dərsliklər səviyyəsində də işlənib hazırlandığını bildirmişdir.[4]

2021-ci ildə Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi olan Nukus şəhərində UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı II Beynəlxalq Baxşı Festivalının qalibi seçilmişdir. Festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak ediblər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılmışdır. Mübariz Əliyev festivalda aşıq mahnıları və "Aşıq Qərib" dastanından hissələr ifa etmişdir[5].

Yaradıcılıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mübariz Əliyev Azərbaycan Aşıq sənətini Respublika daxilində və eləcə də xaricində bir sıra mühüm tədbirlərdə iştirak etməsiylə təbliğ etmişdir:

  • "Babil" festivalı (Bağdad ş., İraq Respublikası), Simfonik orkestrin solisti, 1993-cü il,
  • "Çinar" ansambl solisti, (İzmir ş., Türkiyə Respublikası), 1994-cü il,
  • İstanbul Elmi konfrans (Türkiyə Respublikası), 2003-cü il,
  • "Dede Korkut şöleni", (Bayburt ş., Türkiyə Respublikası), 2003-cü il,
  • Ərzurum Elmi konfrans (Türkiyə Respublikası), 2004-cü il,
  • Bişkek Elmi konfrans (Qırğızıstan Respublikası), 2006-cı il,
  • Monqolustanda xalq çalğı alətləri festivalı, 2006-cı il,
  • Ərzurum Elmi konfrans (Türkiyə Respublikası), 2009-cu il,
  • Qazaxıstan Elmi konfrans, 2012-ci il,
  • "Azərbaycan Mədəniyyət günləri", Orkestr solisti (Tehran ş., İran İslam Respublikası), 2017-ci il,
  • "Dede Korkut şöleni", (Osmaniye ş., Türkiyə Respublikası), 2017-ci il,
  • "Saz - The key of trust[6]" sənədli filmində, 2018-ci il,
  • Bursa Elmi konfrans (Türkiyə Respublikası), 2019-cu il,
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elmi-praktiki videokonfrans, 2020-ci il,
  • Daşkənd Beynəlxalq Elmi-praktiki videokonfrans, 2020-ci il,
  • Konya "Aşıqlar bayramı" konserti, 2020-ci il.

Həmçinin müxtəlif illərdə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü olub. Nazirlik tərəfindən fəxri fərmanlar, tərifnamələr və s. mükafatlarla təltif edilib.

2008-2013-cü illərdə İctimai Televiziyada yayımlanan "Ozan Məclisi" televerilişin aparıcısı olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xalq Çalğı Alətləri Orkestri üçün yazılmış əsərlərdən ibarət festival keçirilir". 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  2. "DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-09.
  3. "Arxivlənmiş surət". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-09.
  4. "Arxivlənmiş surət". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-09.
  5. https://Sputnik.az, Şahpəri Abbasova. "Saz ustası Özbəkistanda keçirilən Beynəlxalq Festivalda". sputnik.az (az.). 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06 fevral 2023.
  6. "Saz the key of trust". https://www.imdb.com/title/tt8986892/?ref_=tt_urv (alman). 2023-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.