Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mübariz Firidun oğlu Əliyev (10 mart 1967, Miskinli, Gədəbəy rayonu) — Azərbaycan Milli Konservatoriyasının dosenti.
Mübariz Əliyev | |
---|---|
Doğum tarixi | 10 mart 1967 (57 yaş) |
Doğum yeri | |
İş yeri |
10 mart 1967-ci il Gədəbəy rayonunun Rüstəm Əliyev (Miskinli) kəndində anadan olmuşdur.
Azərbaycan Milli Konservatoriyasının dosentidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. "Xalq Çalğı Alətləri" kafedrasının müəllimidir.[1]
2007-ci ildə nəşr edilmiş "Saz məktəbi" dərsliyinin həmmüəllifidir (S. Kərimi, A. Quliyev, M. Əliyev ilə yanaşı).
Azərbaycan Mədəniyyyət və Turizm Nazirliyi musiqi təhsili üzrə tədris-metodik kabinetinin qərarı əsasında çap olunmuş bu kitab orta ixtisas musiqi və incəsənət məktəblərinin saz aləti üçün dərslik vəsaiti kimi nəzərdə tutulmuşdur.
Bu kitab xalq artisti, Millİ Konservatoriyanın rektoru Siyavuş Kərimi, Konservatoriyanın alimləri: Azərbaycan aşıq musiqisinin araşdırıcılarından olan musiqişünas alim Akif Quluyev və aşıq sənətinin bilicisi Mübariz Əliyevin birgə əməyinin məhsuludur.[2]
Qədim aşıq sənətinin qorunub saxlanılması ilə yanaşı, müasir zamanda və gələcəkdə də inkişaf etdirilməsi üçün əvəzsiz töhfə olan bu kitab 1000 nüsxə tirajla çap olunmuşdur.[3]
Konservatoriyanın rektoru S. Kərimi Azərbaycan musiqi pedaqogikası təcrübəsində ilk dəfə olaraq professional səviyyədə çap olunan kitabın davamlı olaraq, texnikum, institut və Konservatoriya üçün dərsliklər səviyyəsində də işlənib hazırlandığını bildirmişdir.[4]
2021-ci ildə Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi olan Nukus şəhərində UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı II Beynəlxalq Baxşı Festivalının qalibi seçilmişdir[5]. Festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak ediblər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılmışdır. Mübariz Əliyev festivalda aşıq mahnıları və "Aşıq Qərib" dastanından hissələr ifa etmişdir[6].
2023-cü ildə Özbəkistanın Sırdərya vilayətinin Gülüstan şəhərində üçüncü Baxşı festivalı və festival çərçivəsində "Müasir baxşı sənəti:qızıl irsin yeni nəğmələri" mövzusunda beynəlxalq elmi-praktik konfrans Azərbaycan nümayəndə heyəti daxilində iştirak edib. Festivalda Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Macarıstan, Pakistan, Koreya, Qazaxıstan, Türkmənistan, Tacikistan və digər ölkələrin alimləri və sənətçiləri qatılıb. Ümumiyyətlə festival və konfransda dünyanın 30-dan çox ölkəsinin nümayəndələri iştirak edib. Mərasimdə Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov Mübariz Əliyevi sertifikat ilə təltif etmişdir.[7][8]
Mübariz Əliyev Azərbaycan Aşıq sənətini Respublika daxilində və eləcə də xaricində bir sıra mühüm tədbirlərdə iştirak etməsiylə təbliğ etmişdir:
Həmçinin müxtəlif illərdə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə münsiflər heyətinin üzvü olub. Nazirlik tərəfindən fəxri fərmanlar, tərifnamələr və s. mükafatlarla təltif edilib.
2008–2013-cü illərdə İctimai Televiziyada yayımlanan "Ozan Məclisi" televerilişin aparıcısı olub.
Mübariz Əliyevin həmmüəlifliyi ilə 2023-cü ildə "Azərbaycan bəstəkarlarının saz ilə fortepiano üçün işlənmiş və köçürülmüş əsərləri" adlı ali və orta ixisas məktəblərinin saz sininfləri üçün yeni dərs vəsaiti işıq üzü görmüşdür.