Mübariz Mədətov (d. 8 noyabr 1952, Bakı – ö. 23 noyabr 2018, Bakı) — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin üzvü, uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi.[1]
Mübariz Mədətov | |
---|---|
Mübariz İsrafil oğlu Mədətov | |
Doğum tarixi | |
Vəfat tarixi | (66 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Mühəndis |
Təhsili | Odessa Ali Dəniz Mühəndisləri Məktəbi |
Mükafatları | , "Azərbaycanın əməkdar mühəndisi" |
Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib.[1]
Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib.
1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib. 2000-ci ilin avqustunda Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsinə irəli çəkilən Mübariz Mədətov “AXDG” QSC yaranana kimi bu donanmaya rəhbərlik edib. Mübariz Mədətov 2014-cü ilin martından bir müddət QSC sədrinin müavini işləmişdir.[1]
Mübariz Mədətovun gəmiçiliyin inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ildə isə “Azərbaycanın əməkdar mühəndisi” fəxri adına layiq görülüb.[1]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |