Mübariz Mənsimov

Mübariz Qurban oğlu Mənsimov (22 mart 1968, Bakı) — Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi, Xəzər-Lənkəran futbol klubunun fəxri prezidenti.[3]

Mübariz Mənsimov
Doğum tarixi 22 mart 1968(1968-03-22) (56 yaş)
Doğum yeri
Həyat yoldaşı Tamara Mənsimova
Uşağı 2 oğlu 2 qızı var[1]
Milliyyəti azərbaycanlı[2]
Fəaliyyəti iş adamı, sahibkar

6 qız və 3 oğlandan ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir.[4][5][6][7] O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.[mənbə göstərin]

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.[mənbə göstərin]

"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür.[mənbə göstərin]

Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibləri ilə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. "Palmali"nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir.[mənbə göstərin]

Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, Mənsimovun bu cəhdi onun bu ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığı 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcək.[mənbə göstərin]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[8]

  1. Xanımına 1 milyon dollarlıq üzük hədiyyə edib — Mediainfo.az Arxivləşdirilib 2012-05-06 at the Wayback Machine — Xəbərin yayımlanma tarixi: 26.04.2011; Yoxlanılıb: 26.03.2015

    Türkiyənin ən böyük sərmayədarlarından olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov xanımına 1 milyon dollar dəyərində üzük hədiyyə edib. Mübariz Mənsimovun bir neçə gün əvvəl 3-cü dəfə ata olması ilə əlaqədar xanımına üzük hədiyyə etməsi haqqında informasiyanı Türkiyənin " Günəş" qəzeti yayıb. Qeyd edək ki, Mübariz-Tamara Mənsimova cütlüyünün 2 qızı var. 3-cü uşağın isə oğlan olması cütlüyün sevincini qat-qat artırıb.

  2. ""Ən böyük var-dövlət şirkət deyil, şirkətin içindəki insanlardır" - Mübariz Mənsimov həyatından danışdı" (az.). Yenicag.az. 6 noyabr 2018 tarixində arxivləşdirilib.
  3. Rəhbərlik — Xəzər Lənkəran (rəsmi veb sayt) Arxivləşdirilib 2014-02-13 at the Wayback Machine — Yoxlanılıb: 26.03.2015
  4. "Xəzər Lənkəran" komandasının sahibinin maraqlı həyat hekayəsi — Avrofutbol.com Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine — Xəbərin yayımlanma tarixi: 24.03.2013; Yoxlanılıb: 26.03.2015

    … Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olub. Mənsimovlar ailəsi əslən Masallının Miyanku kəndindəndir. Mübariz Mənsimov 6 qız, 3 oğlandan ibarət 9 uşaqlı kasıb ailədə böyüyüb. Uşaqlıq illərində atasının istəyi ilə C. Naxçıvanski adına hərbi məktəbə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Rostov İqtisadiyyat Universitetində təhsilini davam etdirib. Paralel olaraq Xəzər Dəniz Gəmiçiliyi İdarəsində çalışıb. Hərbi xidmətdə olarkən daxili kəşfiyyat sahəsinin sirlərini öyrənib. Sovet daxili kəşfiyyatında müxtəlif vəzifələrdə çalışıb. 1985-ci ildə Şərqi Almaniyaya göndərilib, lakin 1989-cu ildə erməni generalla etdiyi mübahisənin sonucu olaraq, əsgərlik həyatına son verib. Mənsimov özü isə o dövr haqqında belə deyir: "Sovet Ordusu tarixində Berlin divizyonunda daxili kəşfiyyat zabiti olaraq, vəzifə yerinə yetirən ilk azərbaycanlı və ilk qafqazlı mən idim". …

  5. Мансимов Мубариз Курбанович (Личное дело) — Ъ-Газета (Издательский дом Коммерсантъ) Arxivləşdirilib 2016-09-18 at the Wayback Machine — Xəbərin yayımlanma tarixi: 07.04.2008; Yoxlanılıb: 26.03.2015

    Мубариз Мансимов родился 22 марта 1968 года в Баку (Азербайджан). После школы окончил специализированное военное училище им. Джамшида Нахичеванского, служил в армии. В 1988–1994 годах работал в Каспийском морском пароходстве, параллельно окончил Ростовский государственный экономический университет по специальности юриспруденция. В 1994–1997 годах был совладельцем агентской компании "Агент-34", с 1997 года — президент и единственный владелец группы компаний Palmali. Журнал Forbes оценил состояние Мубариза Мансимова в $1,3 млрд, поместив его на 897-е место в рейтинге миллиардеров мира.

  6. Mübariz Mənsimovdan şəxsi həyatı ilə bağlı şok açıqlamalar — Qol.az [ölü keçid] — Yoxlanılıb: 26.03.2015

    … "Gazeteport" saytının yazdığına görə, 9 uşaqlı bir ailənin üzvü olan Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakıda anadan olub. …

  7. Hesabat verilişi üçün ANS TV–yə 22.04.12 tarixli müsahibəsi (Bax Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine). — Yoxlanılıb: 26.03.2015
  8. "Mübariz Mənsimov Prezident seçkilərində İlham Əliyevə dəstək olacağını açıqlayıb". anews.az. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.