Palmali Şirkətlər Qrupu

Palmali Şirkətlər Qrupu (ing. Palmali Group of Companies) — 1998-ci ildə Türkiyədə yaradılmış və qeydiyyatdan keçmiş, Qara, Aralıq, XəzərBaltik dənizlərində yükdaşıması ilə məşğul olan şirkətlər qrupu.[1]

Palmali Şirkətlər Qrupu
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi dənizçilik
Sənaye Yükdaşıma
Təsis tarixi 1998
Rəhbərlik
Rəhbərlik Mübariz Mənsimov
www.palmali.com.tr

"Palmali Şirkətlər Qrupu" 1998-ci ildə Türkiyədə yaradılmışdır. Şirkət öz işinə Türk limanlarına baş çəkən gəmilər də daxil olmaqla Bosfor və Dardanel boğazlarından keçən gəmilərə agentlik servisləri göstərərək başlamışdır.[1]

Əməliyyatlar İstanbuldakı baş ofisdən idarə edilir. Qara və Aralıq dənizlərinin aralarındakı daşımacılığın ən əhəmiyyətli olduğu nöqtə kimi İstanbulu əsas korporativ qərarların alınmasına və idarəetmə strategiyalarının reallaşdırılmasına əsas verir. Bundan başqa, gəmi daşımacılığını 100% idarə nəzarət etmək üçün şirkətin Rostov-Don, Volqoqrad, Həştərxan, Moskva, Odessa, Pirey, Salonik, Bakı, Bourgas, Constanta, Malta, Novorosiysk, Peterburq, Ceyhan, Poti, Cenevrə, Sinqapur və İzmir kimi şəhərlərdə yerli ofisləri mövcuddur.[2]

Şirkət ən azı İSO 9001:2000, İSO 14001:2004 və İSM kodun tələblərinə cavab verən menecment sisteminin istismarıyla məşğuldur.[3]

  1. 1 2 "Tarix". 2018-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  2. "Məkan". 2018-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  3. "Fəlsəfə". 2018-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]