Mübariz Süleymanlı

Mübariz Aslan oğlu Süleymanlı (15 fevral 1962, Qəzli, Sabirabad rayonu) — Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sosial-mədəni fəaliyyət" kafedrasının müdiri, AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavini.[1][2][3]

Mübariz Süleymanlı
Mübariz Aslan oğlu Süleymanlı
Doğum tarixi (62 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Sabirabad
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Kulturologiya
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Tanınır Kulturoloq
Mükafatları "Tərəqqi" medalı

Mübariz Aslan oğlu Süleymanlı 15 fevral 1962-ci ildə Azərbaycanın Sabirabad rayonunun Qəzli kəndində dünyaya göz açmışdır.[1][2]

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[4]

İbtidai təhsilə 1969-cu ildə başlamış, 1977-ci ildə Qəzli kənd səkkizillik, 1979-cu ildə Quruzma kənd tam orta məktəbini bitirmişdir.[1][2]

1985-ci ildə Bakı Mədəni-Maarif məktəbini, 1989-cu ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-maarif" fakültəsini fərqlənmə diplomları ilə başa vurmuşdur.[1][2]

Elmi və pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə Azərbaycan Dövlət İncəsənət Universitetində 1989-cu ildə laborant kimi başlayan Mübariz Süleymanlı, sonralar müəllim, baş müəllim, dosent və professor vəzifələrinə qədər ucalıb. Hazırda universitetin "Sosial-mədəni fəaliyyət" kafedrasına rəhbərlik edir.[1]

O, 2000-ci ildə "M. Ə. Rəsulzadə və Azərbaycan mədəniyyəti" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq ixtisası üzrə elmi dərəcə almışdır.[2]

M. Süleymanlı 2001-ci ildən 2009-cu ilə qədər təsisçisi olduğu və AAK-ın qeydiyyatına saldırdığı "Mədəniyyət dünyası" jurnalının baş redaktoru olub. Hazırda AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavinidir. "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü və Kulturoloqlar Cəmiyyətinin sədr müavinidir.[1]

2014-cü ildə isə "XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1]

O, 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2016-cı ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın "Fəlsəfə, psixologiya və sosiologiya elmləri üzrə ekspert şurası"nın üzvüdür.[1]

M. Süleymanlı 5 monoqrafiyanın, 5 dərsliyin, 3 metodik vəsaitin, 10-dan çox tədris proqramının və 100-dən çox elmi məqalənin müəllifidir.[5][6][7][8]

Alimin məhsuldar elmi fəaliyyətinin nəticəsi olan "Əhməd Ağaoğlunun ilk elmi əsəri: Şiə dinində məzdəki inancları", "Əhməd Ağaoğlunun "İslama görə və islamiyyətdə qadın" əsərinə elmi-tənqidi yanaşmalar", "Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri)" və "Kulturoloji irsin tədqiqi problemləri (XX əsrin əvvəllərinin mənbələri əsasında)" monoqrafiyaları oxucular və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 "Alim düşüncəsinin işığında". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  2. 1 2 3 4 5 "Prof. Dr. Mübariz SÜLEYMANLI". 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  3. "XX əsrin əvəllərində Azərbaycan kulturoloji fikri: Fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın AVTOREFERATI" (PDF). 2023-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-15.
  4. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  5. "Kulturoloji irsin tədqiqi problemləri: Monoqrafiya" (PDF). 2016-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-15.
  6. ""ŞUŞANIN MƏDƏNİ İRSİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR" ADLI DƏYİRMİ MASA". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  7. "ADMİU-DA "TOLERANTLIQ MULTİKULTURALİZMIN TƏMƏLİDİR" MÖVZUSUNDA ELMI SEMİNAR KEÇİRİLİB". 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  8. Azərbaycan Milli Kitabxanasının Elektron kataloqunda professor Mübariz Süleymanlının elmi əsərlərinin siyahısı