Mücrim Kərim Vardani (XIX əsr, Kərimli) — XIX əsrdə Oğuz rayonunun Vardanlı (Kərimli) kəndində yaşamış şair.
Mücrim Kərim Vardani | |
---|---|
Doğum tarixi | XIX əsr |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Mücrim Kərim Vardanı XIX əsrin birinci yarısında Vardanlı (indiki Kərimli) kəndində doğulmuş, yazıb yaratmışdır. Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biridir. Türkiyəyə, Ərəbistana, Dağıstana və Rusiyaya səyahət etmiş, ərəb və fars dillərinə dərindən yiyələnmişdir.
Rayonun Kərimli kəndi Mücrim Kərimin adını daşıyır.
Şair həm klassik qəzəl formasını, həm də Azərbaycan xalq şerini yaxşı bilmiş, hər iki formada ustalıqla öz qələmini sınamışdır. Yazdığı qəzəllər, qoşmalar, təcnislər, bağlamalar, mürebbelər, müstəzadlar, müxəmməslər, gəraylılar Azərbaycan sərhədlərindən kənarlarda da tanınmışdır. Bakıda əlyazmalar fondunda saxlanılan əlyazmada bildirilir ki, o, öz divanını 1840-1841-ci illərdə tərtib edib bitirmiş və ona “Sünbülüstan” adı vermişdir.
Professor, xalq yazıçısı Əzizə Cəfərzadə 1978-ci ildə Mücrim Kərim Vardaninin şerlərini ayrıca kitab şəklində “Sünbülüstan” adı ilə Bakıda çap etdrmişdir.
Şeirlərini "Mücrim", "Kərim" və "Mücrim Kərim" təxəllüsləri ilə imzalayan Mücrim Kərimin şəxsiyyətinə dair bizdə heç bir məlumat yoxdur. Mərhum yazıçı və ədəbiyyat araşdırıcısı Əzizə Cəfərzadə onun XIX əsrin birinci yarısında yaşadığını və ömrünün çoxunu səyahətlərdə keçirdiyini bildirir. Tədqiqatçı Mücrim Kərimin müxtəlif əlyazma cünglərindən topladığı şeirlərini 1978-ci ildə "Sünbülüstan" adı ilə nəşr etdirmişdir.[1]