Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır.[2]
Kərimli | |
---|---|
40°58′31″ şm. e. 47°28′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4819[1] |
Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır.[3]
Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır.
Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km. aralı, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Kərimli kəndinin əhalisi 3473 nəfərdir (1 yanvar 2017-ci il).
Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçilik təşkil edir. Kənddə sənətkarlıq da (dəmirçilik, bənnalıq, dülgərlik, xarratlıq, dərzilik və s.) inkişaf etmişdir. Burada ticarət, iaşə, məişət xidməti obyektləri, elektrik dəyirmanı fəaliyyət göstərir. Əhali təbii qazdan istifadə edir.
Kənddə klub, kitabxana, poçt və 512 nömrəlik elektron ATS var.
Kənddə uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.
Kənddə Kərimli kənd məscidi dini icması fəaliyyət göstərir[4].
Kənddə həkim ambulatoriyası və aptek var.
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |