Müdafiə diplomatiyası — Beynəlxalq münasibətlərdə müdafiə resurslarından və imkanlarından dinc məqsədlərlə istifadə etməklə xarici siyasət məqsədlərinə nail olunması.[1]
Müdafiə diplomatiyası, dövlətlərin silahlı qüvvələrini və müdafiə ilə bağlı resurslarını xarici siyasətin bir aləti kimi istifadə edərək,sülh və təhlükəsizlik məqsədlərinə çatmaq üçün apardıqları diplomatik fəaliyyətdir. Bu növ diplomatiya hərbi əməkdaşlıq, təlim, birgə təlimlər, silahların nəzarəti, müdafiə sahəsində dialoqlar və digər tədbirlər vasitəsilə həyata keçirilir. Əsas məqsəd, dövlətlər arasında qarşılıqlı inam və etimad yaratmaq, regional və qlobal təhlükəsizliyi təmin etmək və münaqişələrin qarşısını almaqdır. Müdafiə diplomatiyası həmçinin ölkələr arasında hərbi-siyasi münasibətlərin inkişafına da xidmət edir.[2] Birləşmiş Krallıq müdafiə diplomatiyasını ordunun səkkiz müdafiə missiyasından biri kimi müəyyən etmişdir[3] və məqsədi "münaqişələrin qarşısının alınması və həllinə mühüm töhfə vermək"dir.[4]