Müharib Mirzəyev

Müharib Abbas oğlu Mirzəyev — SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid.

Müharib Mirzəyev
Müharib Abbas oğlu Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 27 aprel 1945-ci il
Doğum yeri Seyidlər kəndi, Səfərəliyev rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Şəhid olmuşdur
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Mülki Müdafiə Qərargahı
Rütbəsi Polkovnik
Vəzifəsi Gəncə regional mülki müdafiə qərargahının rəisi

27 aprel 1945-ci ildə Səfərəliyev rayonunun Seyidlər kəndində anadan olmuşdur. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəsi olub.

1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra 5 may 1995-ci ildə dünyasını dəyişir[1].

Bu səbəbdən ona şəhid statusu verilir.

Bir sıra dövlət mükafatları ilə təltif edilmişdi.

Ailəli idi, üç övladı var.

Şair Təmkinin (Böyükkişi Mirzəzadənin) kiçik qardaşı idi.

  1. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-27.