Mükəmməl (film, 1985)

Mükəmməl (Perfect) — 1985-ci ildə çəkilmiş amerikan romantik dram filmi.

Mükəmməl
ing. Perfect
Janr romantik film[1], dram filmi[1], ədəbi əsər ekranlaşdırılması[d]
Baş rollarda
İstehsalçı Columbia Pictures
Distribütor Columbia Pictures
İlk baxış tarixi 15 may 1985[3], 7 iyun 1985[3], 15 avqust 1985[3], 23 avqust 1985[3], 13 sentyabr 1985[3], 11 oktyabr 1985[3], 18 oktyabr 1985[3], 19 oktyabr 1985[3], 31 oktyabr 1985[3], 1 noyabr 1985[3], 21 noyabr 1985[3], 12 dekabr 1985[3], 6 mart 1986[3], 11 noyabr 1987[3]
Müddət 115 dəq.
Gəlir 13.000.000 $
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0089798

Mövzu[redaktə | mənbəni redaktə et]

Adam Lavrens uğurlu jurnalistdir, məqalələri maraqla oxunur. Çox böyük şirkət rəhbəri olan Makkenzidən müsahibə almaq üçün Koliforniyaya uçur və orada fərqli bir məqalə yazmaq fikrinə düşür. Bu məqalə gimnastika salonlarının qadın və kişilərin ortaq görüşmə yerlərinə çevrilməsi və əxlaqsız yer olmaları haqqında olmalı idi. Ancaq məqalə üçün getdiyi salonda gimnastika müəllimi işləyən Ceniyə vurulur. Amma münasibətləri heç də stabil deyildi.

Adam kluba üzv olur və klub üzvlərini burada yaşadıqları sevgi macəralarından danışmaları üçün razı salır. Bəzi qızlar (məsələn, Linda və Sali) bu barədə danışmaqda həddində artıq səmimi olurlar. Sonrakı gedişatda Adam işi və sevgisi arasında qalır. Adam çox sensasiya doğuracaq məqalə yazmır. Ancaq bu məqalə müdiri tərəfindən qəbul olunmur. Adamdan xəbərsiz məqalə yenidən yazılır və burada utancverici fikirlər yer alır.

Filmin sonrakı gedişatında Adamdan məhkəmə yolu ilə Makkenzi ilə olan müsahibəsinin səs yazıları istənilir. Səs yazılarını verməmək təkidi səbəbindən Adamı həbs olunur, ancaq qısa müddətdən sonra azadlığına qovuşur və Cesi isə yenidən barışır.

İstinadlar[redaktə | mənbəni redaktə et]