Mükəmməl rəqabət

Bu məqalə Tam rəqabət bazarı məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir.[1]

Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir:[2]

  • Satıcıların çox olmağı
  • Standartlaşdırılmış mallar
  • "Qiymət ilə razılıq"
  • Sərbəst giriş və çıxış

Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq. Ona görə hər bir şirkət qiymət ilə razıdır. Mükəmməl rəqabət bazarına yeni şirkətlərin girməsinə heç bir maneə yoxdur. Eyni sərbəstlik bazardan çıxanlara da aiddir.

  1. "Arxivlənmiş surət". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-28.
  2. Campbell R. McConnell, Stanley L. Brue, (2007) "Economics: principles, problems, and policies"