Mülki bənd

Mülki bənd (alm. Zivilklausel‎) və ya vətəndaş bəndi — akademik qurumlar tərəfindən müstəsna olaraq mülki (yəni qeyri-hərbi) tədqiqatlarla məşğul olmaq üçün könüllü öhdəlik.

İdeya Yaponiyada yaranmışdır. 1950-ci ildə Yaponiya Elm Şurası üzvlərinin hərbi ilə bağlı tədqiqat layihələrində iştirakdan imtina edəcəyini müəyyən etmişdir. Belə bir bəyannamə 1967-ci ildə və 2017-ci ildə təkrarlanmışdır.[1]

Almaniyada Bremen Universiteti ilk olaraq mülki bəndi qüvvəyə mindirmişdir. Onun 1986-cı il tarixli 5113 saylı qətnaməsində deyilir:

" Elmin və tədqiqatın hərbi məqsədlərlə və ya məqsədlə hər hansı iştirakı akademik senat tərəfindən rədd edilməlidir. Xüsusilə mülki bənd universitet üzvlərindən silah texnologiyasına xidmət edə biləcək tədqiqat layihələrindən və maliyyələşdirmədən imtina etməyi tələb edir. "

Bu bəyannamə 1992-ci ildə və 2020-ci ildə yenilənmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Science Council of Japan March 27, 2017: Statement on Research for Military Security
  2. Universität Bremen's Civilian Clause Confirmed (2020)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]