Bu məqalə qaralama halındadır. |
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş.
Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar.
"Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.