Münster Universiteti — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərində yerləşən ictimai tədqiqat universiteti.
Münster Universiteti | |
---|---|
Universität Münster[1] Universität Münster | |
51°57′50″ şm. e. 7°36′47″ ş. u.HGYO | |
Əsası qoyulub | 16 aprel 1780 |
Tələbə sayı | 43.728[2] |
Ölkə | |
Sayt | uni-muenster.de |
Vikianbarda əlaqəli mediafayllar |
Almaniyanın beşinci ən böyük universiteti və alman intellektual həyatının aparıcı mərkəzlərindən biridir. Universitet Təbiət, Sosial və Humanitar elmlər üzrə geniş spektrli fənlər təklif edir. Bəzi kurslar ingilis dilində də tədris olunur, o cümlədən doktorantura proqramları, habelə geoinformatika, coğrafi-məkan texnologiyası və ya informasiya sistemləri üzrə aspirantura kursları.
Universitetin professorları və keçmiş tələbələri Avropanın ən nüfuzlu və ən yaxşı maliyyələşdirilən mükafatı olan on Leibniz mükafatı,[3] Filds medalı və iki Nobel mükafatı qazanıblar.
Universitet XVI-cı əsrin sonlarında Münster Yezuit Kolleci kimi inşa edilmişdir.[4]
1780-ci ildə, müasir Münster Universiteti 4 fakültə ilə qurularaq istifadəyə verildi: Hüquq, Tibb, Fəlsəfə, İlahiyyat.[5]
1843-cü ildə Kral İlahiyyat və Fəlsəfə Akademiyası (Königliche Theologische und Philosophische Akademie),[5] qeyri-rəsmi olaraq Münster Akademiyası (Akademie Münster) adlandırıldı.
22 avqust 1907-ci ildə Konstitusiya məhkəməsi rəsmi olaraq universitetin adını Vestfaliya Vilhelm Universitetinə dəyişdirdi.[5]
2023-cü ildə universitet Münster Universiteti (Universität Münster) adlandırıldı.[6]
1999-cu ildə Bolonya Prosesi başladı, onun məqsədi ali təhsil ixtisaslarının standartlarının və keyfiyyətinin müqayisəliliyini təmin etmək idi. Münster Biznes İdarəetmə və İqtisadiyyat Məktəbi ilk olaraq bakalavr və magistr dərəcələrini təsis etmişdir.
2006—2007-ci ilin qış semestrində bütün tədris bakalavr — magistr sisteminə keçirilib. İstisnalara tibb, stomatologiya, əczaçılıq və hüquq sahəsində Staatsexamen-ə[7] aparan tədqiqatlar daxildir.[8]
Münster Universiteti və Dövlət Kitabxanası universitetin tədqiqat, tədris və öyrənmə işlərini ədəbiyyat və məlumatlarla təmin edir. Kitabxana Münster Universitetinin və Münsterdəki digər universitetlərin tələbələri və işçiləri, eləcə də şəhər və bölgə sakinləri üçün əlçatandır. O, dövlət kitabxanası olaraq, Vestfaliya haqqında ədəbiyyat və məlumatları əldə edir, indeksləşdirir və qoruyur və regionda tədqiqat, iş və təhsili dəstəkləyir.
Münster Universitetinin bütün kitabxana sistemi, təhsil, tibb, sosial elmlər bölmələri və Hollandiya Evindəki kitabxanası olan ULB-dən əlavə, fakültə və fakültələrdə daha 83 ixtisaslaşdırılmış kitabxanadan (2019-cu ilə qədər) ibarətdir.[9]