Müqəddəs İttifaq (1684)

Müqəddəs İttifaq (lat. Sacra Ligua) — 1684-cü ildə XI İnnokenti tərəfindən Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı yaradılmış ittifaq idi. İttifaqın ilkin üzvləri Papal Dövləti, Müqəddəs Roma İmperiyası, Reç PospolitaVenesiya Respublikası idi. Çar Rusiyası İttifaqa 1686-cı ildə qatıldı. Bir çox Avropa dövlətlərindən fərqli olaraq Fransa birliyə qatılmadı. Çünki Fransa və Osmanlı dövləti arasında bu dövrdə sülh davam etməkdə idi. Osmanlı dövləti XVII-XVIII əsrlərdə Fransaya böyük həcmdə kapitulyasiya vermişdi. Müqəddəs ittifaqla müharibədə Osmanlı dövləti məğlub oldu və 1699-cu ildə Karlovitsa müqaviləsini imzalamalı oldu. Müqaviləyə görə Osmanlı dövlətinin bir hissəsi Müqəddəs İttifaqa daxil olan dövlətlər arasında bölüşdürüldü. Beləliklə Osmanlılar geniş ərazi itirdilər.[1][2][3]

  1. "1684: The Holy League of Blessed Pope Innocent XI". History.info. 3 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2016.
  2. Roman, Eric. Austria-Hungary & the Successor States: A Reference Guide from the Renaissance to the Present (Online-Ausg.). New York: Infobase Pub. 2003. səh. 587. ISBN 9780816074693. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.
  3. John B. Wolf, The Emergence of the Great Powers: 1685-1715 (1951), pp 15-53.