Müqəddəs Minas kafedralı — Krit adasında yerləşən Heraklion şəhərinin Venizelos meydanındakı pravoslav kilsəsi. 8 min nəfərə qədər əhalisi vardır.[1]
Şərqi pravoslav kilsəsi, şərqi ortodoks xristianlıq | |
Müqəddəs Minas kafedralı | |
---|---|
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Mina kilsəsi 1735-ci ildə tikilib və adanın türklər tərəfindən işğalı zamanı Krit metropolitenlərinin kafedralı olub. Kilsə hazırda böyük kafedralın əsas girişinin solunda yerləşir.[2] Kafedralın tikintisinə 1862-ci il martın 25-də memar Afanasi Mussisin rəhbərliyi ilə başlanılmış və 33 il davam etmişdir. Tkinti 1866-cı ildən 1883-cü ilə qədər fasilələrlə davam etmişdir.[3] Tikintinin əvvəlində məbədin bünövrəsindəki qurbangahın altına müxtəlif xalqların qızıl, tunc və gümüş sikkələri qoyulmuşdur. 1895-ci ildə katedral Müqəddəs Minanın şərəfinə Metropolitan Timotey tərəfindən təqdis edildi. Türklərin işğalının davam etməsinə baxmayaraq, katedralın təqdis mərasimi üç gün davam etdi.[4] Onun divarları və tağları yunan-Bizans üslubunda tikilib, güclü günbəzləri isə ənənəvi Bizans freskaları ilə rənglənib.[5]