Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Şərqi ortodoks xristianlıq və ya pravoslavlıq — xristianlığın məzhəblərindən biri. Yunancada Ortodoks “Doğru fikir, inanc və doğru etiraf” mənasını verər. Bu məzhəbin dinlər tarixindəki digər adları bunlardır: Şərqin Ortodoks, Katolik və Həvari Kilsəsi, Ortodoks Şərq Kilsəsi, Şərq Kilsəsi, Ortodoks Kilsəsi və Rum Ortodoks Kilsəsi. Ortodoks Kilsəsinin Katolik kilsəsindən 1054-ci ildə qəti olaraq ayrılmasında dini və siyasi bəzi səbəblərin böyük rolu olmuşdur:
1 - Katolik Kilsəsinin müşriklər arasında dini yaymaq üçün bəzi qurbanlar verməsi.
2 - Romanın etirazına baxmayaraq imperiya mərkəzinin İstanbul olması.
3 - Qərb Roma dövlətinin yıxılmasından sonra ortaya çıxan nüfuz boşluğunu Papalığın doldurmaq istəməsi.
İnanc və ayinlər baxımından Ortodoks kilsələri bəzi siyasi və inzibati səbəblərdən ötəri bir-birindən ayrılmışdır:
a-1054-cü ildəki Şərq-Qərb ayrılığında sonra Ortodoksluğun mərkəzi Bizans olmuşdur.
b-İstanbulun Türklər tərəfindən fəth edildiyi 1453-cü ildən sonra sonra Rus Pravoslav Kilsəsi İstanbul Patriarxlığı ilə mübarizəyə girişmişdir.
c-1917-ci ildə baş vermiş olan Rus qiyamından sonra İstanbul Ortodoks Patriarxlığı ilə mübarizədən imtina edən Rus Pravoslav Kilsəsi Patriarxlıq halını almışdır.
Ortodoks dünyasının dörd böyük Patriarxlığı (İstanbul, İsgəndəriyyə, Əntakiyə, Qüds) vardır. Digər, bölgələrdəki milli kilsələr inzibati quruluş etibarilə bu dörd Patriarxlığa bağlıdır. Ortodoks məzhəbini digər xristian məzhəblərindən ayıran başlıca xüsusiyyət bunlardır:
1 - Patriarx ruhani başçısıdır.
2 - Papa yanıla bilər. O İsanın vəkili deyil.
3 - Ruhül-Qüds, Oğul vasitəsilə Atadan çıxmışdır.
4 - İlk yeddi məclisdə alınan qərarları qəbul etmək lazımdır.
5 - Ancaq, Məryəm, İsa və Əziz ikonlarına hörmət göstərilir.
6 - Hər ölkə ibadətini öz diliylə etməkdə sərbəstdir.
7 - Günahkarlar, işlədikləri günah ölçüsündə Ərafda gözlədilər.
8 - Keşişlər, yepiskoplar və patriklər evlənə bilməz; keşişlər evlənə bilər. Boşanma ancaq bəzi şərtlərlə mümkündür.
9 - Baptizmi dərhal sonra konfirmasiya edilməlidir.
10 - Yevxaristiya ayinində çörəyə maya, şəraba su qatarlar.
11 - Xaç sağdan sola çıxarılır və Xaçın qolları bir-birinə bərabərdir.
Quruluş dövrlərində bütün Şərq Ortodoks kilsələri, İstanbul Ortodoks Kilsəsinin idarə və nəzarət altında ikən, daha sonraları parçalanmalar olmuş bu kilsələr doğulmuşdur:
1-Süryani Ortodoks Kilsəsi;
2-Rum Ortodoks Kilsəsi;
3-Erməni Ortodoks Kilsəsi;
4-Rus Pravoslav Kilsəsi.
Dinlər tarixçilərinin ümumiyyətlə müdafiə etdiklərinə görə Ortodoks məzhəbiinin doğulması, Nikeya və Onu taxıban altı məclisdən alınan bəzi qərarlar nəticəsində olmuşdur. Ancaq Ortodoksluğu qəbul edənlər Nikeya məclisinə müxtəlif fikirlər ortaya atan Ari, Nestori və s. din böyüklərinin fikirlərinə hər zaman cəbhə almışlar.
Katolik məzhəbi ilə Ortodoks məzhəbi arasında təsbit edilə bilən əsas ayrılıqlar bunlardır:
1 - Katoliklərə görə Müqəddəs Ruh Ata ilə Oğuldan, Ortodokslara görə isə Allahın göndərməsindən meydana gəlmişdir.
2 - Katoliklərə görə papa yanılmaz; ilahi qüdrətə malikdir. Ortodokslara görə isə O, ruhani bir liderdir; ilahi bir gücü yoxdur.
3 - Katoliklərə görə papanın iman, ibadət, əxlaq və s. mövzulardakı hər sözü münaqişəsiz qəbul edilməlidir, Ortodokslara görə isə papa da bir insandır, yanıla bilər.[1]