Müqəddəs Nikolay kilsəsi (Nin)

Müqəddəs Nikolay Kilsəsi (xorv. Crkva svetog Nikole) ― Xorvatiyada, Zadar şəhərindən 1 mil məsafədə, Zaton və Nin qəsəbələri arasında yeləşən, 11-ci əsrin sonları və ya erkən 12-ci əsrə aid pre-roman stilində inşa edilmiş Roma-Katolik kilsəsi. Kilsə libuniyalıların tərixə qədərki türbəsinin üstündəki torpaq piramida məzarı üzərində inşa edilmişdir.

Roma-Katolik kilsəsi
Müqəddəs Nikolay kilsəsi
Din
Statusu aktiv
Ölkə
Memarlıq
İnşa tarixi 12-ci əsr
Materialı Daş
Ölçüləri 5,9 m x 5,7m x 6m
Müqəddəs Nikolay kilsəsi xəritədə
Müqəddəs Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsə, bütün Dalmatiyada erkən roman memarlığının mövcud olan yeganə nümunəsidir. Müqəddəs Nikolaya həsr edilmişdir.

Old photograph of St. Nicholas Church.

Müqəddəs Nikolay kilsəsi qala şəklində inşa edilmişdir. Kilsənin gümbəz şəkilli tağı 16-cı və ya 17-ci əsrlərdə Yüz İllik Xorvatiya-Osmanlı müharibəsi dövründə gözətçi yeri olaraq tikilən 8 kiçik qüllə üzərində yüksəlmiş dairəvi kəsikli tağlarla möhkəmləndirilmişdir.[mənbə göstərin] Kilsə kiçik daşlardan tikilib və hamar fasada malikdir. Tikili çox kiçik ölçülərə malikdir: uzunluğu 5,9 metr, eni 5,7metr, hündürlüyü isə 6 metrdir.[1]

1603-cü ildə Priulun ziyarəti

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Nikolay kilsəsi 1603-cü ildə, qlaqol əlifbasında yazılmış vəftiz və nikahların səliqəli qalmış qeydlərini aşkar etmiş Priul trəfindən ziyarət edilmişdir. Onun səfəri zamanı kilsə 28 üzvlü Müqəddəs Ruh Qardaşlığı-nın səlahiyyətində idi. Priul, qardaşlığa yerli yepiskop tərəfindən təsdiqlənməli olan qaydaları yazmağı əmr etdi.[2]

Kilsə inşa ediləndən bəri burada hər il 6 dekabrda Müqəddəs Nikolay günü qeyd olunmuşdur. Son zamanlarda kilsədə 25 Aprel tarixində Müqəddəs Mark günü qeyd olunur.

  1. Crkveno graditeljstvo u sjeverozapadnom dijelu zadarskog zaleđa, Građevinar 61 (2009) 7, p. 681
  2. Amos R. Filipi, Radovi JAZU Zadar,13–14/1968. p. 231–235.