Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023).
Mürsəl İbrahimov | |
---|---|
Vəzifədədir | |
17 aprel 2023-cü ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Arzu Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 sentyabr 1970 (54 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Neft və Kimya İnstitutu |
Hərbi xidmət | |
Xidmət illəri | 1992—h. h. |
Rütbəsi | Polkovnik |
|
|
Təltifləri |
İbrahimov Mürsəl Qorxmaz oğlu 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olmuş, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirmişdir.
1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçmişdir.
2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirmiş, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçmişdir. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirmişdir.
2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılmışdır.
2016-2023-cü illər ərzində "Kapital Bank" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.[1]
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2015-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.