Əli Əsədov

Əli Hidayət oğlu Əsədov (30 noyabr 1956, Bakı[1]) — Azərbaycan Respublikasının 10-cu Baş naziri,[2] Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi (1998–2012), Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini (2012–2019).[3]

Əli Əsədov
Vəzifədədir
8 oktyabr 2019-cu ildən
(i. e. 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
ƏvvəlkiNovruz Məmmədov
bayraq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər şöbəsinin müdiri
bayraq2
14 iyun 2017 – 24 oktyabr 2019
30 noyabr 2012 – 14 iyun 2017
bayraq
Azərbaycan Respublikasının Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi
bayraq2
18 aprel 1998 – 24 oktyabr 2019
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1956(1956-11-30) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • G.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutu[d] (–1978)
Fəaliyyəti siyasətçi
Uşağı 2

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur.[4] 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[5][6]

1998-ci il aprelin 18-də Əli Əsədov Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.[7]

Azərbaycan Prezidenti İlham Əliyevin 10 avqust 2004-cü il tarixli 349 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.[8]

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2012-ci il noyabrın 30-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisdə 105 nəfərin lehinə səsverməsi ilə onun Azərbaycanın 10-cu Baş naziri təyin edilməsinə razılıq verildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.[9]

2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra, fevralın 14-də Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən 105 nəfərin lehinə səsverməsi ilə Əli Əsədovun yenidən Azərbaycan Respublikasının Baş naziri olmasına razılıq verilib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əli Əsədov Baş nazir təyin edilib.[10]

  1. 1 2 Azərbaycan Respublikasının Baş Naziri Əli Hidayət oğlu Əsədov.
  2. "Əli Əsədov Baş Nazir oldu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.
  3. Noyabrın 30-da Prezident Administrasiyasına üç rəhbər müavini təyin edilib [ölü keçid]
  4. "Azərbaycan Respublikasının Baş naziri Əli Hidayət oğlu Əsədov". nk.gov.az (az.). Archived from the original on 2023-06-09. İstifadə tarixi: 09 iyun 2023.
  5. "I çağırış Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  6. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı". 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  7. "Əli Hidayət oğlu Əsədovun Azərbaycan Prezidentinin yardımçısı təyin edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyev 18 aprel 1998-ci il tarixli 786 nömrəli Sərəncamı". 18.04.1998. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  8. "Azərbaycan Prezidentinin İcra Aparatının inzibati vəzifələr tutan dövlət qulluqçularırına ixtisas dərəcələrinin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyev 10 avqust 2004-cü il tarixli 350 nömrəli Sərəncamı". 10.08.2004. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  9. Ə. H. Əsədovun Azərbaycan Respublikasının Baş Naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  10. "Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.