Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov (Şəki)— Nuxa Qəza Polis İdarəsinin rəisi, Nuxa qubernatoru, Müsavat Partiyasının üzvü.
Mürsəl bəy Sədrəddinbəyov | |
---|---|
Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov | |
Nuxa Qubernatoru | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Şəki |
Milliyyəti | Azərbaycanlı |
Partiya | Müsavat Partiyası |
Atası | Həsən bəy Sədrəddinbəyov |
Uşaqları | Şəfruz xanım, Dubbuş xanım |
Mürsəl bəy Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Hacı Çələbi xanın nəslindəndir.
Müsavat Partiyasının Şəki özəyinin üzvü olmuşdur. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi.
1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov iştirak edirdilər[1].