Şirəli bəy Əmircanov

Şirəli bəy Əmircanov (1843, Şəki, Kaspi vilayəti1922) — Nuxa Şəhər Dumasının sədri, Cavanşir qəzasının rəisi. Azərbaycan Cümhuriyyəti dövründə Nuxa Sülh Bölməsinin sülh hakimi olub.

Şirəli bəy Əmircanov
Nuxa Şəhər Dumasının sədri
Şəxsi məlumatlar
Doğum tarixi 1843
Doğum yeri
Vəfat tarixi 1922
Partiya
Uşağı

Təltifləri 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni

Şirəli bəy Əmircanov 1843-cü ildə Şəkidə anadan olub[1]. Şəki qəza məktəbinin tam kursunu bitirib. Bakı Valilik İdarəsinin 1864-cü il martın 10-da verdiyi qərarla kiçik dəftərxana işçisi kimi Şəki Qəza İdarəsində işləməyə başlayıb. 1868-ci sentyabrın 29-dan etibarən isə burada tərcüməçi vəzifəsinə təyinat alıb. 1875-ci il iyulun 13-də Şəki şəhər 2-ci hissəsinin pristavı, 1877-ci il oktyabrın 14-dən isə Şəki qəzasının polis pristavı təyin edilib. 1879-cu il fevralın 6-dan Gəncə valisinin tərcüməçisi, 1880-ci il noyabrın 7-dən Şəki qəzasının polis pristavı, 1881-ci il sentyabrın 28-dən Cavanşir qəzasının rəis müavini əvəzi, 1883-cü il aprelin 13-dən Cavanşir qəzası rəisinin əvəzi təyin edilib. 1884-cü il mayın 29-da Cavanşir qəzasının rəisi təyin olunub. Yürüş və döyüşlərdə olmayıb. Xidməti boyunca 3-cü dərəcəli Müqəddəs Anna və 3-cü dərəcəli Müqəddəs Stanislav ordenləri ilə təltif olunub. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkini Şirəli bəy Əmircanov təmsil edib[2]. O dövrdə o, Türk Sosial-Federativ İnqilabi Partiyasının yerli özək təşkilatına rəhbərlik edib və Nuxa Şəhər Dumasının sədri olub. 1917-ci ilin yanvarından Nuxa qəzası 1-ci sahəsinin sülh hakimi, 1918-ci il sentyabrın 14-dən isə tarixdən Nuxa Sülh Bölməsinin sülh hakimi vəzifəsində işləyib[1].

Şəki şəhərində onun rəhbərliyi ilə "Nuxa Təhsil Cəmiyyəti" yaradılıb. Cəmiyyət şəhərdə maarifin, mədəniyyətin inkişafında və yeni məktəblərin, mədəni-maarif müəssisələrinin təşkilində iştirak edirdi[3].

Şəki şəhərində 2 evi, Suçma kəndinin yarısı, əkin, biçin və otlaq yerləri olub[1].

1922-ci ildə dünyasını dəyişib.

18783-cü ildə kornet Mustafa ağa Şəkixanovun qızı Fatma xanımla ailə qurub. Bu evlilikdən Əbdüləli bəy, Lütfəli bəy, Haşım bəy, Bilqeyis xanım, Dilaram xanım, Xanım xanım adlı övladları dünyaya gəlib[1].

Oğlu Azərbaycan Əbdüləli bəy Əmircanov Azərbacyan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri olub[4]. Aprel işğalından sonra İstanbula mühacirət edib, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olub[5]. O, 1948-ci ildə İstanbulda vəfat edib[1].

Oğlu Haşım bəy Əmircanov Dəvəçi sülh bölməsində müstəntiq işləyib. 1910-cu ildə "Nicat" Cəmiyyətinin İdarə Heyətinə üzv seçilib[6]. 1911-ci ildə quberniya katibi mülki rütbəsini alıb[7]. 1918-ci ildə Şəkiyə hücuma keçən erməni dəstəsi ilə danışıqlarda olan zaman öldürülüb[6][8].

  1. 1 2 3 4 5 Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II. Bakı: Təhsil nəşriyyatı. 2019. səh. 455-463. Archived from the original on 2022-05-27. İstifadə tarixi: 2023-07-14.
  2. Həbibulla Manaflı. Şəki üsyanları (PDF). Bakı. 2005. səh. 13. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-19.
  3. Həbibulla Manaflı. Şəki üsyanları (PDF). Bakı. 2005. səh. 11. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-19.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 259. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 186. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
  6. 1 2 Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı). II. Bakı: Təhsil nəşriyyatı. 2019. səh. 473-476. Archived from the original on 2022-08-12. İstifadə tarixi: 2023-07-14.
  7. "Формулярный список о службе чина судебного ведомства губернского секретаря Г.Ш. Амирджанова" (az.). fgurgia.ru. 1911. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
  8. Həbibulla Manaflı. Şəki üsyanları (PDF). Bakı. 2005. səh. 15. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-19.