Müslüm Hacımətov

Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır.

Müslüm Hacımətov
Müslüm Məmməd oğlu Hacımətov
Doğum tarixi
Doğum yeri Qusar, Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası neftçi-geoloq
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Tanınır neftçi-geoloq
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və s.

Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır.

Əmək fəaliyyətyi

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı. Gənc neftçi işə başladığı ilk günlər çox çətinliklərlə üzləşsə də ruhdan düşmürdü. Çünki bu əməksevər, əzmkar insana Neft Daşlarının bünövrə¬sini qoyan Qurban AbasovMixail Kaveroçkin kimi məşhur fatehlərlə çiyin-çiyinə işləmək nəsib olmuşdur. Müslüm bütün varlığı ilə çalışırdı ki, onların iş təcrübəsini öyrənsin, qazma işinin bütün sirlərini mənimsəsin və qabaqcıllar sırasma çıxsm. Belə də oldu. Bu fədakar, son dərəcə intizamlı gənc neftçi qısa müddət ərzində səkkizinci dərəcəli qazmaçı oldu. Müslümün zəngin təcrübəsi və dərin biliyi dövlət orqanlarmm diqqətini cəlb etdi. O, bilikli və təcrübəli qazmaçı kimi kömək üçün Suriya Ərəb Respublikasına ezam edildi. Suriyanın Çidsi səhrasında Müslümün briqadasının qazdığı 4 saylı quyu fontan vurdu və sutkada 650 ton neft verdi. Müslümün briqadası 5 saylı quyuda 3250 min m³ kondensat olan layı açdı və 7 saylı quyuda qaz aşkar etdi. Az vaxtda qazandığı böyük nailiyyətlərə görə Suriya Ərəb Respublikasının Neft Şirkətinin prezidenti briqadanın üzvlərinə mükafatlar təqdim etdi. Müslümə də qızıl qol saatı bağışladı. Suriya Ərəb Respublikasından vətənə qayıdıb yenə də Neft Daşlarında işə başlayan Müslüm öhdəlikləri vaxtından əvvəl yerinə yetirdiyinə görə «Qırmızı Əmək Bayrağı» ordeni ile təltif edildi, az sonra isə SSRİ-nin «Əlaçı neftçisi» fəxri adına layiq görüldü. Müslümün şöhrəti gündən-günə zirvəyə qalxırdı. Bu dəfə məşhur qazmaçı Müslüm İraq Ərəb Respublikasına göndərildi. Onun başçılıq etdiyi briqada Um-Kasirdə 3400 metr dərinlikdə 1 saylı quyunu 56 gündə qazıb qurtardı və Ölkədə ən böyük rekord qazandı. Müslüm Zuberdə 19 saylı quyunu qazarkən 3480 metr dərinlikdə güclü neft layı açdı. Bu böyük nailiyyət Azərbaycan neftçilərinin şöhrətini yüksəklərə qaldırdı. Qısa müddət ərzində qazandığı nəticələrə görə ərəblər Müslümə «Markiz usta» adı verdilər. Genişürəkli Müslüm işlədiyi ölkələrdə gənc neftçilərin hazırlanmasına xüsusi qayğı ilə yanaşır, onların bilik və təcrübəsinin araşdırılmasına səy göstərirdi. İraqda neft sənayesində qazandığı böyük nailiyyətlərə görə Müslüm İraq səfirliyi tərəfindən «Fəxri fərman» ilə təltif olunmuşdur, indi Müslümün yetirmələri Suriyanın və İraqın neft sənayesində rəh¬bər işlərdə, mühəndis-texnik vəzifələrində fəaliyyət göstərirlər. «Günəşli» yatağında tikilmiş dördüncü platformada yeni-yeni gözlənilməz proseslər yara¬nırdı. Belə gərgin vəziyyətdə hər bir mütə¬xəssis briqadaya kömək üçün özünün təklifini təqdim edirdi. Lakin təhlükəli vəziyyətdə olan quyunu ram etmək üçün ən səriştəli məsləhətçi Müslüm Hacımətov oldu. O, cəsarətli, operativ, ən sərfəli metodların tətbiqi ilə hamının diqqət mərkəzində dayanırdı. Hamı onun qərarım gözləyirdi. Nəhayət, zəngin təcrübəyə və dərin texniki biliyə malik olan Müslüm qeyri- standart vasitələrlə gərginliyi aradan qaldırdı və müəyyən edilmiş dərinliyə çatdı. Beləliklə, dördüncü platformada baş vermiş təhlükəli vəziyyətin qarşısının alınması tarixə çevrildi, dəniz fatehi Müslümə şöhrət qazandırdı..[1]

Yarım əsr Neft Daşlarında işləyən, bütün ömrünü, təcrübəsini dəniz neft sənayesinin inkişafına sərf edən usta Müslümün əməyi yüksək qiymətə layiqdir. Bu fədakar, qəhrəman neftçinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Müslüm Hacımətov Azərbaycanın «Əməkdar neftçisi», SSRİ-nin «Əlaçı neftçi»si adna, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür

  1. Bayram Bayramov. Neft Daşları - tufanlar qoynunda həyat