Müslüm Maqomayevin abidəsi — Rusiyanın paytaxtı Moskva şəhərində Müslüm Maqomayev parkında görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidə[1]
Müslüm Maqomayevin abidəsi | |
---|---|
Ölkə | Rusiya |
Yerləşir | Moskva |
Heykəltaraşlar |
Aleksandr Rukavişnikov İqor Voskresenski |
Tikilib | 15 sentyabr 2011 |
Vəziyyəti | əla |
Hündürlüyü | 4,5 metr |
Material | tunc, qranit |
Vikianbarda əlaqəli mediafayllar |
Müslüm Maqomayevin abidəsinin daxil olduğu memarlıq-heykəltaraşlıq ansamblı Moskvada, Voznesenski və Yeliseyev döngələrinin kəsişdiyi yerdəki bağın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir. Müğənninin tunc heykəli qranit pyedestalda ucalır. Müəllifləri heykəltaraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenski olan abidənin hündürlüyü 4,5 metrdən artıqdır.
"Krokus" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış abidənin təntənəli açılış mərasimi 15 sentyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Rusiyanın və Azərbaycanın rəsmi şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.