Müsnəd İmam Əhməd

Müsnəd İmam Əhməd (ərəb. مسند الإمام أحمد‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair, müəllifi görkəmli hədis alimi, zahid, imam, hənbəli məzhəbinin banisi — Əhməd ibn Hənbəl əl-Şeybani tərəfindən toplanan hədislər toplusu.

Müsnəd İmam Əhməd
ərəb. مسند الإمام أحمد
Müəllif Əhməd ibn Hənbəl
Janr İslam
Orijinalın dili Ərəbcə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
border=none Əsas məqalə: Əhməd ibn Hənbəl

Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuşdur. Əhməd hələ çox gənc olanda atası vəfat edib. Atasının ölümündən sonra onun bir az dolanışıq vasitəsi və anası ilə birlikdə yaşadığı ev qalıb.

15 yaşından 20 il hədis və fiqh elmləri ilə məşğul olub. O, müsəlman ilahiyyatının əsas mərkəzlərini ziyarət etmiş, dövrünün demək olar ki, bütün qabaqcıl üləmaları, o cümlədən Əbu YusifŞafii ilə görüşmüşdür. O, Hicaz, Suriyaİraqın Vəki ibn əl-Cərrah, Yezid ibn Harun, Yəhya ibn Main kimi nüfuzlu şəxsləri ilə əlaqələr qurur. Dərin biliyi, təqvalı həyat tərzi və əlaqələri sayəsində Əhməd ibn Hənbəl tədricən şöhrət qazanır.

Əhməd ibn Hənbəl hicri 241-ci ildə, yəni miladi təqvimlə 855-ci ildə Bağdadda vəfat etmişdir.

Kitabın təsviri

[redaktə | mənbəni redaktə et]

Məcmuənin "Müsnəd" (ərəb. مسند‎) adı ona görədir ki, bu əsərdə hədislər əhatə olunan mövzuya (Muvatta İmam Malik və ya "Səhih əl-Buxari"də olduğu kimi) deyil, Məhəmməd peyğəmbərdən (s.a.v.) səhabələrdən hansından alınmasına görə toplanmışdır. Müsnəddə hədislərin sayı 40 minə çatır ki, İmam Əhmədin bildiyi 700 minə yaxın hədis arasından seçmişdir. Bunlardan 10 minə yaxın hədis bu və ya digər şəkildə təkrarlanır. Hədislərin nəql olunduğu Məhəmmədin (s.a.v) səhabələrinin sayı 904 nəfərdir.

"Müsnəd"in mətnində müəllifin özünün topladığı hədislərdən əlavə, kitabın iki əsas rəvisindən (rabisindən) az sayda hədislər var: İmam Əhmədin oğlu Abdullah ibn Əhməd və Əbu Bəkr əl-Katii (ərəb. أبو بكر القطيعي‎)[1]

Müsnədin araşdırılması

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı kitablar İmam Əhmədin yaradıcılığının öyrənilməsi və araşdırılmasınma* həsr edilmişdir:

  • Hasais əl-Müsnəd Hafiz Əbu Musa əl-Mədini (vəfatı hicri 581).
  • əl-Məsəd əl-Əhməd fi xətm Müsnəd əl-İmam Əhməd hafiza Şəmsuddin İbn əl-Cəzəri (hicri 833-cü ildə vəfat etmişdir).
  • əl-Qaul əl-musaddad fi-z-zabb ’an əl-Musnəd, Hafiz İbn Həcər əl-Askalyani.
  • Zeyl Kaul əl-müsəddad qədiyyə Məhəmməd Sibqatullah əl-Midrasi.
  1. Ахмад ибн Ханбаль / Мухаммад ахмад Шакир / Хамза аз-Зейн. (PDF). 1. Qahirə: Дар аль-Хадис. 1995 https://ia600508.us.archive.org/18/items/waqmusnda/musnda01.pdf (#bare_url_missing_title). Муснад Ахмада ибн Ханбаля