Müsnəd Əbu Yala əl-Mövsili

Müsnəd Əbu Yala əl-Mövsili (ərəb. مسند أبي يعلى الموصلي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Əbu Yala əl-Mövsili tərəfindən toplanan hədislər toplusu.

Müsnəd Əbu Yala əl-Mövsili
ərəb. مسند أبي يعلى الموصلي
Müəllif Əbu Yala əl-Mövsili
Janr İslam
Orijinalın dili Ərəbcə

Əbu Yala hicri təqvimi ilə 210-cu ilin şəvval ayının 3-də anadan olub. O, elm axtarışında müsəlman dünyasını gəzmiş, Əbu Bəkr ibn Əbu Şeybə, Əli ibn əl-Mədini, Yəhya ibn Məin və o dövrün bir çox başqa üləmalarından dərs almışdır. Əbu Yalaya görə hədisləri ən-Nəsai, İbn Hibban, ət-Təbərani, İbn Ədi, İbn əl-Sünni və başqaları nəql etmişlər.


Kitabın təsviri

[redaktə | mənbəni redaktə et]

“Müsnəd Əbu Yala”nın iki variantı var:

Müsnəd əs-Sağir (ərəb. المسند الصغير‎, Kiçik müsnəd) — Əbu Amrdan (Məhəmməd ibn Əhməd ibn Həmdani əl-Xiri) nəql olunan qısa variant. Hafiz Əli ibn Əbu Bəkr əl-Heysəmi “Məcmə əz-Zəvaid” əsərində bu versiyaya istinad etmişdir.

Müsnəd əkl-Kəbir (ərəb. المسند الكبير‎, Böyük müsnəd) — Əbu Bəkrdən nəql olunan daha uzun variant (Məhəmməd ibn İbrahim ibn Əli ibn Asim ibn əl-Mukri əl-İsfahani). Bu versiyaya əl-Heysəmi əl-Məqsəd əl-Əli, əl-Buseyri və İbn Həcər əl-Əskalyani əsərlərində istinad etmişdir.

“Müsnədül-Mövsili” 7555 hədisdən ibarətdir və bu hədislərin nəql olunduğu Məhəmmə peyğəmbərin (s.a.v) səhabələrinin adlarına görə təsnif edilir. Bu müsnəddə səhabələrin sayı 210 nəfərdir[1].

  1. Методика имама Абу Йала в его «Муснаде». (ərəb). The Scholary Saudi Society for the Prophetic Sunnah http://www.sunnah.org.sa/ar/sunnah-sciences/modern-methods/566-2010-08-05-18-43-14 (#bare_url_missing_title). 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2010.