Müsnəd əl-Humeydi

Müsnəd əl-Humeydi (ərəb. مسند الحميدي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair imam Əbu Bəkr əl-Humeydi tərəfindən tərtib edilmiş hədislər toplusu.

Müsnəd əl-Humeydi
ərəb. مسند الحميدي
Müəllif Əbu Bəkr əl-Humeydi
Janr İslam
Orijinalın dili Ərəbcə
Elektron versiya

Kitabın müəllifliyini bu müsnədin dəqiq olaraq "Müsnədül-Humeydi" adı ilə tanınması, eləcə də məcmuədə nəql olunan bütün hədislərin şəxsən İmam əl-Humeydiyə gedib çıxması təsdiq edir. Kitabdakı hədislərin mənbələri əl-Humeydinin müəllimləri və şeyxləridir (məsələn: Süfyan ibn Uyeynə).

Müsnəd əl-Humeydidə Məhəmmədin (s.a.v.) 182 səhabəsindən 1300-ə yaxın hədis toplamışdır ki, bunlardan 582 hədis Səhihi-Buxaridən, 152 hədis isə Müslim ibn əl-Həccacdandır (yəni 1300 hədisdən 830-u səhihdir). "Müsnəd"də səhih hədislərlə yanaşı, yaxşı (həsən) və zəif hədislər də vardır. Sonrakı tədqiqatçıların fikrincə, zəif hədislərin sayı ümumi hədislərin 7%-ni təşkil edir. Bu sünni hədis alimləri arasında əl-Humeydidən gələn rəvayətlərə yüksək dərəcədə etibarlılıq və etibara dəlalət edir. Əl-Humeydi Süfyan ibn Uyeynənin güclü tələbələrindən biri, İmam Şafiinin dostu, əl-Buxari, əz-Zuhli, Əbu Zura ər-Razi və Əbu Hatim ər-Razinin müəllimi idi.[1]

  1. Имам аль-Хумайди и его книга «Муснад». . The Scholary Saudi Society for the Prophetic Sunnah http://www.sunnah.org.sa/ar/sunnah-sciences/modern-methods/586-2010-08-05-19-38-11 (#bare_url_missing_title). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.