Müstəqil Azərbaycan Universiteti — 1996–2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi.
Müstəqil Azərbaycan Universiteti | |
---|---|
Əsası qoyulub | 1996 |
Bağlanıb | 2006 |
Ölkə |
Universitetin təsisçisi və rektoru Yeni Azərbaycan Partiyası Binəqədi təşkilatının sədri Abbas Mustafayev olmuşdur.[1]
2006-cı ilin mayında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etmişdir. Bundan sonra tələbələr digər ali məktəblərə köçürülmə tələbi ilə aksiya keçirmişdirlər. Daha sonra Dövlət Komissiyasından kənar universitetə tələbə qəbulunun aparıldığı məlum olmuşdur. Qalmaqal bir neçə il davam etmişdir. Bəzi tələbələr aclıq aksiyasına əl atmışdılar.[1]
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |