Müstəqillik Günü (Şimali Makedoniya)

Müstəqillik günü — (mak. Ден на независноста) Şimali Makedoniyada 8 Sentyabr tarixində qeyd edilir. 1991-ci il referendumu ilə Makedoniyanın müstəqillik qazanmasından sonra milli bayram olaraq qeyd edilir.[1]

Müstəqillik günü
Ölkə
Növ Milli bayram
Tarix 8 sentyabr

8 sentyabr 1991-ci ildə referanduma qatılan 75,8%-lik seçicinin 95,5%-dən çoxu Şimali Makedoniyanın müstəqilliyinə səs verdilər. Axşam saatlarında meydana toplaşan vətəndaşlara dönəmin Makedoniya prezidenti Kiro Qliqorov müraciət etdi:

"Əziz Makedoniya vətəndaşları, bu gecə sizi və bütün Makedoniya vətəndaşlarını azad, suveren və müstəqil Makedoniyanı təbrik etməyimə icazə verin."

Xalqın müstəqil dövlət istəyi ilk çoxpartiyalı Makedoniya parlamenti tərəfindən 18 sentyabr 1991-ci ildə təsdiqləndi. 25 sentyabr 1991-ci ildə Makedoniyanın İstiqlal Bəyannaməsi, 17 noyabr 1991-ci ildə isə Makedoniyanın Konstitusiyası qəbul edildi.

Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçildi.[2] Lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərilməyə başlandı. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanmışdır.[3] Müqaviləyə əsasən hər iki tərəfin maraqlarına uyğun olaraq Makedoniyanın adı Şimali Makedoniya Respublikası ilə əvəz olunmuşdur. Ölkənin adının dəyişdirilməsi rəsmi olaraq 2019-cu ilin 12 fevral tarixində qüvvəyə minmişdir.

  1. "Arxivlənmiş surət" (PDF). 2022-06-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-08.
  2. "Arxivlənmiş surət". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-08.
  3. "Arxivlənmiş surət" (PDF). 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-08.