"Müstəqilliyimiz əbədidir" — Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdəki fəaliyyətini əhatə edən çoxcildlik əsərləri. Kitabda çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr yer almışdır.
Müstəqilliyimiz əbədidir | |
---|---|
Müəllif | Heydər Əliyev |
Orijinalın dili | Azərbaycan |
Nəşriyyat | Azərnəşr |
Nəşr | 1997-ci ildən başlayıb |
Növ | kitab |
ISBN | qrifli nəşr |
Əsərlərinin birinci cildi 1997-ci ildə "Azərnəşr"də nəşr olunmuşdur.[1]
612 səhifədən ibarət bu kitabın buraxılışına məsul şəxslər Ramiz Mehdiyev və Hidayət Orucov idi.[1]
Bu cilddə Heydər Əliyevin 1993-cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır.[1] Bu materiallarda Azərbaycan Respublikasının həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş mürəkkəb proseslər təhlil olunur.[1] Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə müəyyənləşdirilmişdir.[1]
Kitabdakı ilk məqalə Heydər Əliyevin 1993-cü il 15 iyununda etdiyi "Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışı"dır.[2]
Tofiq Babayev, Azər Bağırov, Qəzənfər Zalıyev, Arif Məmmədov, Müzəffər Maşayev, Kamil Muxtarov, Azər Fərzəliyev, Eyvaz Həsənov.
Fuad Fərəcov.
Tofiq Babayev, Kamil Muxtarov.
Rəfail Əzizov.
Zoya Nəcəfova.
Validə Musayeva, Afaq Bağırova.
Kitabın "Qeydlər" məzmunlu sonuncu — 46-cı cildində "Müstəqilliyimiz əbədidir" çoxcildliyindəki ad və coğrafi göstəricilərlə bağlı məlumatlar öz əksini tapmışdır.[3]
Cildi | Nəşr ili | Səhifə sayı |
---|---|---|
I cild | 1997 | 608 |
II cild | 1997 | 604 |
III cild | 1997 | 488 |
IV cild | 1997 | 528 |
V cild | 1998 | 500 |
VI cild | 1998 | 512 |
VII cild | 1998 | 520 |
VIII cild | 1998 | 488 |
IX cild | 2000 | 466 |
X cild | 2002 | 472 |
XI cild | 2003 | 452 |
XII cild | 2004 | 432 |
XIII cild | 2004 | 520 |
XIV cild | 2005 | 520 |
XV cild | 2005 | 528 |
XVI cild | 2005 | 552 |
XVII cild | 2006 | 528 |
XVIII cild | 2006 | 552 |
XIX cild | 2006 | 528 |
XX cild | 2007 | 536 |
XXI cild | 2007 | 480 |
XXII cild | 2007 | 528 |
XXIII cild | 2008 | 480 |
XXIV cild | 2008 | 504 |
XXV cild | 2008 | 520 |
XXVI cild | 2009 | 512 |
XXVII cild | 2009 | 496 |
XXVIII cild | 2009 | 480 |
XXIX cild | 2009 | 520 |
XXX cild | 2010 | 512 |
XXXI cild | 2010 | 512 |
XXXII cild | 2010 | 512 |
XXXIII cild | 2011 | 480 |
XXXIV cild | 2011 | 488 |
XXXV cild | 2011 | 520 |
XXXVI cild | 2011 | 512 |
XXXVII cild | 2011 | 520 |
XXXVIII cild | 2011 | 480 |
XXXIX cild | 2012 | 480 |
XL cild | 2012 | 512 |
XLI cild | 2012 | 488 |
XLII cild | 2012 | 472 |
XLIII cild | 2013 | 464 |
XLIV cild | 2013 | 376 |
XLV cild | 2013 | 384 |
XLVI cild | 2013 | 496 |
2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 20-ci beynəlxalq kitab sərgisi çərçivəsində aprelin 21-də "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin (45 cildlik) təqdimat mərasimi keçirilmişdir.[4]
2014-cü ildə AMEA Mərkəzi Elmi Kitabxanası "Müstəqilliyimiz əbədidir" adlı çoxcildliyinin 2 cilddən ibarət elmi-biblioqrafik göstəricisini çap etmişdir.[5] AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.[5]