Mütəllim Mütəllimov

Mütəllim Kəblə oğlu Mütəllimov (1909, Ağcabədi, Şuşa qəzası1981, Bakı) — Azərbaycanlı xanəndə.

Mütəllim Mütəllimov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağcabədi
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycanlı
Musiqiçi məlumatları
Janr Muğam
Musiqi aləti Dəf
Mütəllim Mütəllimov
Ümumi məlumatlar
Doğum tarixi 1909
Doğum yeri
Vəfat tarixi 1981
Vəfat yeri
Musiqiçi məlumatları
Janr muğam
Musiqi aləti dəf

Mütəllim Mütəllimov 1909-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ muğam məktəbinin nümayəndəsi. 1930-cu ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çıxış edib. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur. 1930 illərdən M. Mütəllimov Bakıda ADF-nin solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M. Mütəllimovun repertuarında "Çahargah", "Orta Mahur", "Bayatı-Şiraz", "Mirzə Hüseyn Segahı", "Şur" muğam-dəstgahları xüsusi yer tuturdu. O, mahir təsnif ifaçısı kimi də tanınmışdı, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq "Rast" və ya "Segah" təsniflərini ifa edirdi. Muğamlara o, özünəməxsus həssaslıqla yanaşmışdır. Belə ki, "Segah" muğamının variantları onun ifasında incə lirizmi ilə, "Çahargah" və "Orta Mahur" muğamları döyüş ruhu ilə yadda qalmışdır.