Müxtəsər Ədəbiyyat Ensiklopediyası

Müxtəsər Ədəbiyyat Ensiklopediyası (rus. Краткая литературная энциклопедия) — "Sovet ensiklopediyası" nəşriyyatında 1962—1978-ci illərdə çapdan çıxmış 9 cildli ədəbi ensiklopediya. Əsas 8 cild 1962—1975-ci illərdə, əlavə 9-cu cild isə 1978-də çıxıb.

Müxtəsər Ədəbiyyat Ensiklopediyası
rus. Краткая литературная энциклопедия
Müəllif müəlliflər kollektivi
Orijinalın dili rus dili
Orijinalın nəşr ili 1962—1978-ci illərdə
Nəşriyyat Böyük Rusiya Ensiklopediyası
Növ vərəq
Elektron versiya

Ensiklopediyada 12 mindən artıq müəllifin məqalələri var (yazıçıların şəxsiyyətləri, dövrlərin tədqiqi, ədəbi terminlərin, cərəyanların, ədəbi qrupların, ədəbiyyatşünaslığın və mətbuatın xarakteristikaları və s.); əlifba göstəricisi 35 000-ə yaxın adların və terminlərin olduğunu göstərir. Tirajı 100 000 nüsxəyə çatmışdır.

Baş redaktor vəzifəsini SSRİ Yazıçılar İttifaqının katibi Aleksey Surkov tuturdu, faktiki rəhbərliyi isə baş redaktor müavini Vladimir Jdanov edirdi, 1969-cu ildə isə onu A. F. Yermakov əvəz etdi.

Birinci cildin ön söz bölməsində ensiklopediyaya "qısa" adının verilməsinin izahı belə verilib: "ədəbi biliklərin ətraflı toplusu deyil", həmçinin əlavə edilib ki, fundamental ədəbi ensiklopediyasının yaradılması "gələcəyin işi"di, lakin sonradan daha ətraflı ensiklopediya çap olunmadı.

Ümumiyyətlə ensiklopediya "yüksək peşekarlıq və səylə hazırlanmış nəşrdi".[1]

  • Birinci cild.Aarne — Qavrilov 1962.
  • İkinci cild. Qavrilyuk —  Zülfüqar Şirvani 1964. 
  • Üçüncü cild. İakov —  Halldor Laksness 1966.
  • Dördüncü cild. Lakşin — Muranovo 1967.
  • Beşinci cild. Murari — Nəqərat 1968
  • Altıncı cild. Qaravəlli — "Sovetskaya Rossiya"
  • Yeddinci cild. "Sovet Ukraynası" — Fliaki
  • Səkkizinci cild. Flober —  Yaşpal
  • Doqquzuncu cild (əlavə) 1978. Müxtəsər Ədəbiyyat Ensiklopediyasının nəşrini başa çatdırır. Öncəliklə öz məzmununa görə o, son iki onillik ərzində ədəbi inkişafda baş verən hadisələr üçün nəzərdə tutulub.

Öncəki cildlərə ideoloji mülahizələrə görə əlavə edilməyən yazıçılar haqqında məqalələr doqquzuncu cildə əlavə edildilər. Həmən yazıçıların çoxusu Sovet ədəbiyyatında ilk növbədə qeyri-real cərəyanların nümayəndələri (Konstantin Vaginov, Aleksandr Vvedenskiy) və ilk mühacirlər (Georgi Adamoviç, Nikolay Yevreinov) idilər.

Kitabın göstərici səhifəsində 1970-ci illərin mühacirlərin adları qeyd olunmayıb, hətta ensiklopediyanın əvvəlki cildlərində ayrı məqalələr həsr olunan yazıçıların adları (Aleksandr Qaliç, Vladimir Maksimov, Viktor Nekrasov) belə.

  1. Казак В. Лексикон русской литературы XX века = Lexikon der russischen Literatur ab 1917 / [пер. с нем.]. — М. : РИК «Культура», 1996. — XVIII, 491, [1] с. — 5000 экз. — ISBN 5-8334-0019-8.. — С. 205.