Müzəffər Şərif

Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır.

MÜZƏFFƏR ŞƏRİF
Doğum tarixi
Doğum yeri İzmir, Türkiyə
Vəfat tarixi 16 oktyabr, 1988
Vəfat yeri Alyaska, ABŞ
Təhsili
Fəaliyyəti psixoloq

M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı.

Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır.

1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.[1][2]

1954-cü ilin yayında M. Şerif Quldurlar mağarası eksperimentini aparmışdır. Eksperiment üçün yer kimi Oklahoma ştatında Quldurlar mağarası dövlət parkı (en. Robbers Cave State Park) seçilmişdir. Təcrübədə 12 yaşlı oğlanlardan ibarət iki skaut qrupu iştirak edirdi. Şerif ve kolleqaları bir birini tanımayan oğlanlardan yığılmış bu qruplarda qrup dinamikasının bütün mərhələlərinin gedişini müşahidə etdilər. Çöl tədqiqatı metodu ilə aparılmış bu təcrübədə Şerif və kolleqaları qiymətli məlumatlar əldə etdilər.[3]

M. Şerif amerikalı sosial psixoloq Carolyn Wood ilə ailə qurmuşdur. Onların üç qızları dünyaya gəlmişdir. Carolyn Wood Sherif M. Şerifin bir çox tədqiqatlarında, o cümlədən Quldurlar mağarası eksperimentində onunla birgə çalışmışdır.

M. Şerif bir çox psixologiya, sosiologiya cəmiyyətlərinin üzvü olmuş, müvəffəqiyyətli elmi fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Ən çox tanınmış əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Sherif, M., & Cantril, H. (1946) : The Psychology of Ego-Involvements. New York: Wiley & Sons.
  • Sherif, M., & Sherif, C. W. (1953): Groups in harmony and tension. New York: Harper & Row.
  • Sherif, M., Harvey, O. J., White, B. J., Hood, W. R., & Sherif, C. W. (1954): Intergroup conflict and cooperation: the Robbers Cave experiment. Norman: University of Oklahoma Book Exchange.
  • Sherif, M., White, B. J., & Harvey, O.J. (1955): Status in experimentally produced groups. American Journal of Sociology. 60, S. 370 – 379.
  1. Дж. Тернер. (2003). Социальное Влияние. Питер. Санкт-Петербург
  2. "Arxivlənmiş surət". 2018-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-04.
  3. Sherif, M., Harvey, O. J., White, B. J., Hood, W. R., & Sherif, C. W. (1954): Intergroup conflict and cooperation: the Robbers Cave experiment. Norman: University of Oklahoma Book Exchange.
  1. Дж. Тернер. (2003). Социальное Влияние. Питер. Санкт-Петербург
  2. http://www.intropsych.com/ch15_social/sherif_1936_group_norms_and_conformity.html
  3. Sherif, M., Harvey, O. J., White, B. J., Hood, W. R., & Sherif, C. W. (1961): Intergroup conflict and cooperation: the Robbers Cave experiment. Norman: University of Oklahoma Book Exchange.
  4. Muzafer Sherif. Biography. Compiled by Robin Stock (Dec 1999)