Müzəffər Əsgərov — (tam adı: Müzəffər Rza oğlu Əsgərov 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili kəndində anadan olub). 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti[1], 2017-ci ildə isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb.[2] Naxçıvan MR Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin baş redaktoru.
Müzəffər Əsgərov | |
---|---|
Müzəffər Rza oğlu Əsgərov | |
Doğum adı | Müzəffər |
Digər adı | Müzəffər Zəfər (təxəllüs) |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MR, Şahbuz rayonu, Keçili (Şahbuz) kəndi |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Gülsüm Əsgərova |
Uşağı | bir oğlu Atilla Əsgərli. bir qızı Nurlana Əsgərli |
Atası | Rza Əsgərli |
Anası | Şükufə Əsgərova |
Fəaliyyəti | rejissor, ssenarist, hüquqşünas |
Fəaliyyət illəri | 2003-cü illər |
Təhsili |
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Teatr kollektivinin rejissoru”, 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsinin hüquqşünas |
İstiqamət | incəsənət |
Tanınma səbəbi | rejissor, Ssenarist |
Mükafatları | Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti |
1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili (Şahbuz) kəndində anadan olub. Kənddəki on illik orta məktəbi bitirib. 1989-1991-ci illərdə Orenburq vilayətinin Orsk şəhərində hərbi xidmətdə olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinn Mədəni-maarif fakültəsinin Teatr kollektivinin rejissoru fakültəsinə qəbul olub. 1997-ci ildə həmin universiteti bitirib, təyinatla Naxçıvana göndərilib. 1998-ci ildən 2001-ci ilə qədər Naxçıvan şəhərində fəaliyyət göstərən Zabitlər evində hərbi işlər üzrə təlimatçı işləyib. İşlədiyi müddətdə zabitlər evinin kollektivi ilə bir neçə tamaşaya quruluş verib. 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olub. 2002-ci ildə Naxçıvan dövlət televiziyasında rejissor kimi sınağa götürülüb. 2003-cü ildən 2007-ci ilə qədər Naxçıvan Dövlət Televiziyasında rejissor, 2007-ci ildən 2008-ci ilə qədər redaktor, 2008-ci ildən isə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Sənədli Filmlər və Dublyaj Redaksiyasının baş redaktoru vəzifəsində işləyir. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirib. 2014-cü ildə bədii şuranın sədri seçilib. Əcnəbi dildə olan film və materialların ilk dəfə Naxçıvan televiziyasında dublyajını edib. Həmin televiziyanın istehsalı olan 30-a yaxın sənədli və televiziya filmlərinin ssenari müəllifi olub. 10-a qədər televiziya filminin həm ssenari müəllifi, həm də rejissoru olub. Bir neçə televiziya tamaşasına ssenari müəllifi olmaqla yanaşı, həm də həmin tamaşalara quruluş verib. Hazırda televiziyanın bir neçə baxımlı layihələrinin müəllifidir. 2014-cü ildə fəaliyyəti qiymətləndirilib və Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb. 2017-ci ildə isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adını alıb.
2 övladı- bir oğlu, bir qızı var.
Ssenari müəllifi olduğu filmlər:
Həm ssenari müəllifi, həm də rejissoru olduğu sənədli və televiziya filmləri :
Tele tamaşalar.