Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (fevral 2023) |
Müzəffər Abusət oğlu Ağazadə — Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvüdür.
Müzəffər Ağazadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1939 |
Təhsili | |
Fəaliyyəti | alim |
Vikianbarda əlaqəli mediafayllar |
Ağazadə Müzəffər Abusət oğlu 1939-cu ildə Masallı rayonunun Müsaküçə kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon məhkəməsində katib işləməyə başlayan M. Ağazadənin əmək fəaliyyətinin sonrakı dövrü yalnız məhkəmə orqanları ilə bağlı olmuşdur. 1961-ci ildə, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1967-ci ildə bitirmişdir.
Bir oğlu , üç qızı və səkkiz nəvəsi var.
1964–1968 — Bakı şəhəri, Oktyabr rayon xalq məhkəməsində iclas katibi, 1968–1969 — Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi olaraq çalışmışdır . Bundan sonra, Bakı şəhəri, Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləmiş M. Ağazadə Universiteti bitirdikdən sonra, Azərbaycan SSRİ Nazirlər Soveti Hüquq Komissiyasının Elmi –Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. M. Ağazadə 1970–1976-cı illərdə Daşkəsən rayon məhkəməsində hakim,1976–1987-ci illərdə Bərdə rayon məhkəməsinin sədri, 1987–1990-cı illərdə isə Ağdam rayon məhkəməsinin sədri vəzifələrində çalışmışdır.
1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim seçilən M. Ağazadə 2000-ci ildə yenidən həmin vəzifəyə təyin edilmişdir. 2010-cu ildə təqaüdə çıxmışdır. 2010-cu ildə Sumqayıt Apelyasiya Məhkəməsinin aparat rəhbəri vəzifəsinə təyin olunmuş, 2015-ci ilin yanvar ayına qədər həmin vəzifədə çalışmışdır.
Ali Məhkəmənin elmi- məsləhət şurasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.
M. Ağazadə Respublika Ali Məhkəməsi Plenumunun müzakirəsinə təqdim olunmuş 10 — dan çox qərar layihəsinin, Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü qaydasında ölkə Parlamentinə təqdim edilən bir sıra qanun layihələrinin müəllifidir. O, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin şərhinin hazırlanmasının iştirakçılarından biridir. Ali Məhkəmədə çalışdığı dövrdə onun təşəbbüsü ilə Ali Məhkəmənin orqanı olan " Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülleteni" adlı məcmuə dərc olunmağa başlamış, 6 il ərzində M. Ağazadə məcmuənin baş redaktorunun müavini olmuşdur. Cinayət və cinayət prosessual qanunvericiliklə bağlı M. Ağazadənin bir sıra maraqlı fikirləri və təklifləri 2009-cu ildə "Hüquq Ədəbiyyatı" nəşriyyatı tərəfindən nəşr olunmuş, "Cinayət və cinayət prosessual qanunlar haqqında hakimin düşüncələri" adlı kitabında öz əksini tapmışdır. M. Ağazadə hüquq elmləri namizədi elmi dərəcəsi almaq üçün yazılan onlarca dissertasiyaya rəy vermişdir. M Ağazadənin tövsiyə və təkliflər nəzərə alınmaqla ATƏT-In Baki ofisi-qanunun aliliyi və insan hüquqlari departamentinin təşəbbüsü ilə "Hakimlər üçün təlimat kitabçasi: birinci instansiya məhkəmələrində cinayət işləri üzrə məhkəmə iclaslari " adlı vəsaiti hazırlanmışdır.[2][3]
2017-ci ildə Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarıar Məcmuəsini (1991–2016) nəşr etdirmişdir. 2023-cü ildə Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarlar Məcmuəsini (1992–2022) nəşr etdirmişdir.