Müzənfər İsrafil oğlu Aliyev (1943, Hacılar, Gədəbəy rayonu – 30 yanvar 1994, Qaravəlilər, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid.
Müzənfər İsrafil | |
---|---|
Müzənfər İsrafil oğlu Aliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hacılar kəndi, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Qaravəlilər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1962-1965 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Aliyev Müzənfər İsrafil oğlu 1943-cü ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olmuşdur. 1961-ci ildə Hacılar kənd orta məktəbinin 10-cu sinifini bitirib.
1962-ci ildə hərbi xidmətə gedib. 1965-ci ildə hərbi xidməti başa vurub. 1965-ci ildən 1984-cü ilə qədər Hacılar kolxozunda işləmişdir. 1993-cü ildən 30 yanvar 1994-cü ilə qədər könüllü hərbi xidmətdə olmuşdur. 30 yanvar 1994-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Qaravəlilər kəndində sərhəddə ermənilər tərəfindən vurulub şəhid olmuşdur. Qabil Müzənfər oğlunun söhəbəti: – Mən hərbi xidməti Mingəçevir şəhərində çəkmişəm. Atam həlak olanda 16 yaşımda idim. Atam düşmənə qarşı sona qədər döyüşdü. Mən də axır qanıma qədər öz doğma torpağımı qoruyacağam. Hal-hazırda mən və mənim ailəm sərhəddə yaşayırıq. Heç vaxt atamın şəhidliyini və atama dövlət tərəfindən verilən yüksək qiyməti unutmayacam.
Gədəbəy rayon, Hacılar kənd qəbiristanlığında dəfn olunub.