Qaravəlilər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaravəlilər kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaravəlilər kəndi mərkəz olmaqla, Qaravəlilər kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Qaravəlilər | |
---|---|
40°43′43″ şm. e. 45°25′43″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yerli əhalinin məlumatına görə, XIX əsrdə Mülkülü kəndindən çoban Qaravəli adlı şəxsin əvvəllər burada binəsi olmuş və Qaravəlinin binəsi adlanmışdır. Sonralar imirzələr tirəsinə mənsub ailələrin (Tovuz rayonunun Bozalqanlı kəndindən) saldığı kənd də Qaravəlinin adı ilə adlanmışdır.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 422 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |