Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir.
Məğlubedilməz | |
---|---|
ing. Die Hard | |
Janr | döyüş filmi[2][3][…], döyüş-triller[d], roman ekranlaşdırması[d], Milad filmi[d], soyğun filmi[d] |
Əsas mövzu | Los Anceles Polis Departamenti, terrorizm |
Rejissor | Con Maktinar |
Ssenari müəllifləri |
Stiven de Souza Ceb Stüart |
Baş rollarda |
Brüs Uillis Alan Pikman Bonni Bedelia Aleksandr Qudunov Al Leonq |
Bəstəkar | Maykl Keymen |
İstehsalçı | 20th Century Fox |
Distribütor | 20th Century Fox, Disney+[4] |
İlk baxış tarixi | 15 iyul 1988[5][6], 30 sentyabr 1988[7], 10 noyabr 1988[8], 18 noyabr 1988, 3 noyabr 1988, 1988 |
Müddət | 132 dəqiqə |
Büdcə | $28 milyon |
Gəlir | $140.7 milyon[1] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1988 |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0095016 |
Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir. Yeganə ələ keçirilməyən şəxs isə Con Makleyndir. Bu hadisədən sonra MakKleyn təkbaşına onlarla mübarizə aparmağa başlayır.