Məğrur Tarkvini

Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534 e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.

Təkəbbürlü Lusi Tarkvini
lat. Lucius Tarquinius Superbus
Məğrur Tarkvini
Məğrur Tarkvini
e. ə. 534 – e. ə. 509
(ləqəbi: Təkəbbürlü Tarkvini)
MonarxÇar (lat. Rex Romae)
ƏvvəlkiServi Tulli
SonrakıÇarlığın ləğvi
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
Vəfat tarixi e.ə. 495
Fəaliyyəti monarx
Anası bilinmir[1][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar