Lukresiya (lat. Lucretia) (təqribən e. ə. 500) — rəvayətə görə, gözəl və kəramətli bir romalı qadın, romalı patrisiya Tarkvini Kollatinin həyat yoldaşı və konsul Spuri Lukresi Trisipitinin qızı. Tit Livi yazırdı ki, Məğrur Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanı zorlayır. Lukresiya olanları ərinə söyləyir və onun gözünün qabağında özünə qəsd edir. Bu hadisə cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxararaq romalıları çarı devirməyə və respublika elan etməyə çağırmışlar. Məhz buna görə onun adı əsrlər boyu Roma tarixində hörmətlə anılır.
Lukresiyanın intiharı, Lukas Kranax, Köhnə Pinakotek, Münhen | Piter Paul Rubens "Tarkvini və Lukresiya" təq. 1609—1611 | Tisian Veçellio, "Tarkvini və Lukresiya" |