Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir

Məşədi Əmir Murad yüzbaşı Seyid oğlu Yağləvəndli-Cavanşir (1800-?) — II Rus-İran müharibəsinin iştirakçısı, yüzbaşı, keşikçibaşı Xələf bəy Yağləvəndli-Cavanşirin bacısıoğlu.

Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir
Məşədi Əmir Murad yüzbaşı Seyid oğlu Yağləvəndli-Cavanşir
Doğum tarixi
Doğum yeri Yağləvənd obası, Cavanşir-Dizaq mahalı, Qarabağ xanlığı
Vəfat tarixi 1872
Vəfat yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vətəndaşlığı Qarabağ xanlığı
Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşı Cahan xanım
Uşaqları Seyid, Xanhüseyn, Əsəd, Şahhüseyn, Rzaqulu, Əsəd (II), Əbülqasım, Abbas, Behbud, Həşim, Qubad, Fatma, Gülnisə, Hürzad və Tutu

Həyatı[redaktə | mənbəni redaktə et]

Məşədi Əmir Murad yüzbaşı Seyid oğlu 1800-cü ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Obalarının yüzbaşısı olmuşdu. 1826-1828-ci illərdə baş vermiş Rus-İran savaşının iştirakçısı olmuşdu.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məşədi Əmir Murad yüzbaşının törəmələri Muradov soyadını daşıyırlar.

Məşədi Əmir Murad yüzbaşı Cahan xanımla ailə qurmuşdu. Seyid, Xanhüseyn, Əsəd, Şahhüseyn, Rzaqulu, Əsəd (II), Əbülqasım, Abbas, Behbud, Həşim, Qubad adlı oğulları, Fatma, Gülnisə, Hürzad və Tutu adlı qızları vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • ARDTA, fond 10, siyahı 1, iş 23, vərəq 653b
  • Ənvər Çingizoğlu, Əmirmuradlı tirəsi:yaranış və yaşamı, "Soy" dərgisi, 5 (13), 2008, səh.6-18.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]